Cins: Ixiolirion - İksiolirion print

Asiya ölkələrində 800-1500 m dəniz səviyyəsindən hündürlükdə quraq yamaclarda, əkin yerlərində 5 növü yayılmışdır. Azərbaycanda 1 növünə rast gəlinir. Əsasən, Naxçıvan və Diabar regionlarında aşağı dağ qurşağının quraq, gilli, çınqıllı yamaclarında bitir. Bu növ çiçəyin mavi olması, gövdə yarpaqlarının xətvari, çiçək qrupunun salxım tipli, soğanağın ovalşəkilli olması ilə seçilir. Dekorativ bitkidir.