Cins: Narcissus - Nərgizçiçəyi + print

Mərkəzi Avropadan Şimali Afrikaya, Qərbi Avropadan Qərbi Asiyaya qədər olan ərazilərdə rütubətli yüksək dağ çəmənlərində, otlu yamaclarda yayılan 60-a yaxın növü vardır. Azərbaycanda açıq havada, bəzən də otaq şəraitində dekorativ bitki kimi becərilir, bəzən bir növü (N. lacticolar) yabanılaşır.

Soğanaqlı çoxillik bitkilərdir. Yarpaqları xətvaridir, çiçəkləri gövdənin yuxarısında tək və ya 5-7 ədəd olmaqla saplaqların ucunda yerləşir. Tacı boruşəkillidir, yuxarısında 6 bölümlüdür. Erkəkciyi 6 ədəd, meyvəsi qutucuqdur.