Növ: x Armeniaco-prunus dasycarpa print

Yabanı halda təsadüf edilmir. Azərbyacanda bir neçə sortları becərilir. Hündürlüyü 6 m-ə çatan qırmızımtıl zoğlara malik ağacdır. Çiçəkləri ağ, meyvəsi xırda, qabığı tükcüklərlə örtülüdür. Ərik cinsindən meyvəsinin rəngi və çiçək saplağının nazik və uzun olması ilə fərqlənir. Bu növə əriklə alçanın təbii hibridi kimi baxılır. Soyuğa və göbələk xəstəliklərinə əriyə nisbətən daha dözümlüdür.