Növ: Padellus mahaleb print

Bu növə Azərbaycanda Böyük və Kiçik Qafqazda, Naxçıvanda, Talışda (Diabarda) aşağı və orta dağ qurşağında, daşlı yamaclarda, kollu cəngəlliklərdə rast gəlinir. 6-7 m hündürlükdə ağac və koldur. Yarpaqları uzunsov-oval, çiçəkləri ağ, qalxanvari çiçək qrupuna yığılır. Meyvəsi çəyirdəkli, acı dadır. Dekorativ bitki kimi becərilir. Oduncağı qiymətlidir. Yarpaq və meyvələrindən alınan mayedən ətriyyat kimi isitfadə olunur.