Cins: Polygonatum - Güyəmə print

Mülayim iqlimli Avroasiya və Şimali Amerika regionlarında 50 növünə rast gəlinir. Növ zənginliyi mərkəzi isə Şərqi Asiya hesab edilir (məsələn, Çində 31 növü yayılıb). Azərbaycanda Böyük və Kiçik Qafqazda, Talış və Naxçıvanda, əsasən, meşələrdə (palıd, vələs, fıstıq cinslərindən ibarət), kolluqlarda, bəzən alp qurşağa qədər çəmənliklərdə rast gəlinən 3 növü vardır. Zərif yarpaqlı, ağ rəngli, zəngşəkillidir. Xoş ətirli çiçəkləri olan çoxillik ot bitkiləridir. Olduqca bəzəkli bitki olsa da, tərkibində zəhərli qlükozidlər vardır. Bəzən cavan zoğları qaynadılaraq yeyilir.