Növ: Cynanchum acutum - Kəskin sinanxum print

Əksər rayonlarda, əsasən aran və dağətəyi, bəzən orta dağ qurşağınadək çay kənarlarında, suvarma kanalları ətrafında, kolluqlarda, əkinlərdə bitir. Çoxillik ot bitkisidir. Gövdəsi uzun olub, sarmaşandır. Çiçəkləri çətirəbənzər çiçək qrupunda toplanmışdır. Tacı çəhrayı yaxud ağımtıl, meyvəsi xətvaridir. Toxumu ipəkvari tükcüklüdür. Zəhərli bitkidir.