Növ: Periploca graeca - Yunan hüyəməsi print

Əksər rayonlarda aran və aşağı dağ qurşağı meşələrində, kolluqlarda, çay sahillərində ağac və kollara dırmaşır. Fəsilənin digər cinslərindən erkəkcik saplarının sərbəst olması ilə fərqlənir. Yarpağı dərivari, tacı boz-yaşıldır. Toxumlarının ağ ipəkşəkilli kəkilə malik olması da səciyyəvidir. Zəhərli bitkidir. Dekorativ, dərman və texniki əhəmiyyəti var.