Növ: Capsicum annuum print

Yarpaqları tək-tək və ya ikişər yerləşir. Yumurtavari və ya lansetşəkilli, ucu sivri olub, uzun saplaqlıdır. Çiçəkləri, adətən, tək-tək, bəzən ikişər və ya bir neçəsi dəstə şəklində yerləşir. Tacı ağımtıldır və ya bozumtul-bənövşəyi və ya tünd boz rənglidir. Meyvəsi az şirəli giləmeyvədir. Tam yetişməmiş və tam yetişəndə parlaq qırmızı olur. Qiymətli ədviyyat bitkisidir. Yeyilir və ərzaq mməhsullarının konservləşdirilməsində geniş istifadə olunur. Dərman, hətta dekorativ məqsədlə otaqlarda becərilir.