Növ: Petunia hibrida - Hibrid petuniyası print

Vətəni Cənubi Amerikadır, gövdəsi 30-40 sm-ə qədər hündürlüyündədir. Çox vaxt əyilmiş olur. Çiçəkləri iridir, yarpaqlarının qoltuğunda tək-tək yerləşir. Kasacığı xətvari beşbölümlüdür. Tacının borusu uzundur, büküyü enlidir. Tacı çeşidindən asılı olaraq ağ, çəhrayı, qırmızı, bənövşəyi və s. rəngli olur. Bəzi çeşidləri sədbər çiçəklidir. Meyvələri iki qapaqla açılan, çoxtoxumlu qutucuğa bənzərdir.