Növ: Lycopersicon esculentum print

Gövdə və yarpaqları vəzili qısa tükcüklərlə örtülüdür. Gövdəsi budaqlanır. Yarpaqları bir və ya ikiqat, tək lələk bölümlüdür, növbəli düzülür. Çiçəkləri 3-20 ədədə qədər qıvrım çiçək qrupuna yığılmışdır. Çiçəkləri müntəzəmdir. Kasacıq yuxarısında beş bölünmüşdür. Ləçəkləri sarıdır. Erkəkciklər qısa saplıdır, tozluqları iridir, yan-yana yerləşərək konus şəklində boru əmələ gətirir. Dişicik 2 meyvə yarpağının bitişməsindən əmələ gəlmiş, yumurtalığı üstdür. Pomidor öz-özünü tozlandıran bitkidir. Çiçəyində çiçək üzvlərinin 4 dairə əmələ gətirib növbələşdiyi, çiçəyin əsasən 5 üzvlü tipdə təşkil olunduğu, çiçəkyanlığı yarpaqlarının bitişməsi halı bitki üçün səciyyəvi əlamətlərdir. Meyvəsi çoxtoxumlu giləmeyvədir. Pomidor yeyilən qiymətli tərəvəz bitkisidir.