Cins: Dactylorhiza - Barmaqkök print

Avroasiya, Şimali Afrika və Şimali Amerikanın mülayim, soyuq iqlimli zonalarında 30 növü yayılmışdır. Azərbaycanda 8 növə rast gəlinir. Əksər rayonlarda alp qurşağınadək rütubətli yerlərdə, meşələrdə, kolluqlarda, çəmənliklərdə rast gəlinir. Cinsin növlərə ayrılmasında çiçək qrupunun forması, çiçəyin rəngi, mahmızın olub-olmaması kimi əlamətlərdən istifadə edilir. Dekorativ bitkilərdir.