Cins: Cephalanthera - Tozbaş səhləb print

Avroasiya və Şimali Amerikada mülayim qurşaqda yayılan 14 növü var. Azərbaycanda 5 növə təsadüf edilir. Azərbaycanın əksər rayonlarında orta dağ qurşağınadək meşə və kolluqlarda rast gəlinir. Cinsi səciyyələndirən əlamətlər  çiçəklərin saplaqsız olması, ağ və qızılgül rəngli çiçəkləri, burulan yumurtalığı, çiçəkyanlığı və dodaq yarpaqlarının birlikdə zəngşəkilli olmasıdır. Cinsin növləri bir-birindən dodaq yarpağın mahmıza malik olub-olmaması, çiçəyin rəngi, çiçəkyanlığı yarpağın əlamətləri ilə fərqləndirilir. Dekorativ və dərman bitkiləridir (qaraciyər xəstəliklərinin müalicəsində istifadə olunur).