Cins: Luzula - İşıqotu print

Şimal yarımkürənin əsasən mülayim ölkələrində yayılan 80 növündən Azərbaycanda arandan yuxarı dağ qurşağınadək meşə və kolluqlarda çəmənlərdə, çayların kənarlarında bitən 11 növünə rast gəlinir. Kökümsovlu çoxillik bitkilərdir. Yarpaqları yastı xətvari olub, kənarları kirpiyə bənzər tüklüdür. Çiçəkləri süpürgə, çətir tipli çiçək qruplarına yığılır. Qaidəsində ağ rəngli pərdəşəkilli çiçək altlıqları vardır. Çiçəkyanlığı yarpaqları tünd rənglidir, qaidəsi ilə bitişikdir, dişiciyin ağızcığı 3-dür. Meyvələri 3 toxumlu qutucuqdur, toxumları unnucalı əlavəyə malikdir. Yamacların bərkidilməsində istifadə oluna bilər. Çiçəkləməmiş yem bitkisi kim heyvanlar tərəfindən yeyilir.