Növ: Anacamptis pyramidalis - Piramidaşəkilli bağ səhləbi print

Azərbaycanda orta dağ qurşağınadək meşənin tala sahələrində, kolluqlarda, otlu yamaclarda və bağlarda əksər rayonlarda rast gəlinir. Çiçək qrupu çoxçiçəkli sünbül tiplidir, tünd-qırmızıdır. Dodaq yarpaq 3 bölümlüdür, orta hissə daha uzun və ensiz olub, mahmıza malikdir. Pollini ayaqcıqlıdır, kök yumrusu ovalşəkillidir. Dərman və bəzək bitkisidir.