Növ: Herminium monorchis print

Bu növə subalp çəmənlərində rast gəlinir. Quba rayonunun Ləzə kəndi ətrafından məlumdur. Kök yumrusu 1 ədəd olub, şarşəkillidir. Dodaq yarpağı 3 bölümlü, mahmızsız, pollini ayaqcıqlıdır. Çiçəkləri sarımtıl-yaşıl rəngli, xoş ətirlidir. Dərman və bəzək bitkisidir.