Növ: Gymnadenia conopsea print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Monocotyledoneae
- Fəsilə: Orchidaceae
- Cins: Gymnadenia
- Növ: Gymnadenia conopsea
Respublikanın Qafqaz və Talış dağlıq zonalarının alp və subalp çəmənlərində yayılmışdır. Kök yumrusu 3-6 bölümlüdür. Çiçəkləri açıq-qırmızı rənglidir, dodaq yarpağın orta hissəsi daha uzundur, mahmıza malikdir. Yumurtalıq burulmuş vəziyyətdədir. Bəzək və dərman bitkisidir.