Növ: Epipogium aphyllum print

Azərbaycanda Böyük və Kiçik Qafqaz, Lənkəran rayonlarında aşağı və orta dağ qurşağı meşələrində yayılmışdır. Kölgəli, sıx, əsasən fıstıq meşələrində təsadüf olunur. Kökümsovu çoxbudaqlı olub mərcanı xatırladır. Yarpaqları pulcuqşəkillidir, saprofit bitkidir. Gövdəsi kövrək, sarımtıl, qırmızı zolaqlıdır. Polliniləri 2 ədəddir. Çiçək qrupu azsaylı salxım tiplidir, çiçəkləri açıq-sarı yaxud bənövşəyi rənglidir.