Növ: Neottia nidus-avis print

Qafqaz və Lənkəran regionlarında subalp qurşağadək palıd, palıd-vələs, palıd-fıstıq meşələrində və subalp çəmənliklərində yayılmışdır. Saprofit bitkidir, yaşıl yarpaqları olmur. Çiçəkyanlığı qəhvəyi-qonur, dodaq yarpağı daha uzundur, mahmızsızdır. Kökümsovu qurdqovucu dərman kimi istifadə olunur.