Cins: Cyperus - Salaməleyküm print

Əsasən, tropik və subtropik, qismən mülayim iqlimli ölkələrdə yayılan 300-dən çox növü məlumdur. Qədim Misirdə kağız kimi işlədilmiş papirus da bu cinsə aid C.papyrus növündən alınmışdır. Azərbaycanda əksər rayonlarda, xüsusən aran ərazilərdə, rütubətli və bataqlıq yerlərdə, çay kənarlarında yayılan 8 növü qeydə alınmışdır. Çiçəkləri ikicinsli olub, çiçəkyanlığı yoxdur. Alaq şəklində əkinlərdə də rast gəlinir. Bəzi növlərin kökümsovu qida və ədviyyat kimi istifadə olunur.