Sinif: Monocotyledoneae - Birləpəlilər print

Birləpəli bitkilərin dünyada 60 fəsiləyə və 2800 cinsə aid 59000 növü vardır. Onlar örtülütoxumluların təxminən 25 %-ni təşkil edir. Birləpəlilərdə rüşeymdə bir ləpə yarpağı, ötürücü topaların qapalı olması, kambi qatının olmaması, ana kökün əvəzinə əlavə köklərin inkişaf etməsi, yarpağın paralel və ya qövsvari damarlanması, çiçəyin 3 üzvlü olması kimi əlamətlər səciyyəvidir. Əksəriyyətində yuxarı yarpaqların dəyişilməsindən əmələ gəlmiş sarğı yarpaqları ilə əhatə olunmuş, xırda çiçəklər yığılmış çiçək qrupları vardır. Sarğı yarpaqları rənglidirsə çiçək qrupu taca, yaşıldırsa kasacığa bənzəyir. Borulu-lifli topaları dağınıq və qapalıdırlar. Gövdənin  qalınlaşması  baş versə də, bu ikiləpəlilərdə müşahidə olunmayan yolla gedir. Gövdələri düyümlərə və düyümaralarına  bölünür. Düyümaralarının içərisi boş olur, ancaq bəzi növlərdə, məsələn, qarğıdalıda düyümaralarının içərisi yumşaq parenxim toxuması ilə tutulur. Düyümaralarının qaidəsində  meristema təbəqəsi yerləşdiyindən taxıllar interkalyar böyüyüllər. Yarpaqları  növbəli düzülür, çox hallarda 2 cərgəlidir. Qın yaxşı inkişaf edib. Yarpaqaltlıqları yoxdur. Çiçəkyanlığı güclü reduksiyaya uğramışdır və ya yoxdur. Nadir hallarda birləpəlilər arasında kənarı dişli yarpaqlara, 2 üzvlü çiçəklərə, hətta 2 ləpəyə də təsadüf olunur. Birləpəlilər əksərən ot bitkiləridir, onlar arasında ağac və kol bitkiləri azdır. Azərbaycan florasında 31 fəsilə, 214 cins üzrə 944 birləpəli bitki növü müəyyən edilmişdir. 

                                                    Azərbaycan florasının birləpəliləri (A. Əsgərov)

Fəsilənin adı

Cinslərin sayı

Növlərin sayı

Alliaceae (Soğançiçəklilər)

2

44

Araceae (Danaayağıçiçəklilər)

2

5

Asparagaceae (Qulançarçiçəklilər)

3

7

Amarillidaceae (Nərgizçiçəklilər)

4

12

Asphodelaceae (Asfodelinalar)

2

4

Alismataceae ( Süsənbərçiçəklilər)

3

5

Butomaceae (Suoxuçiçəklilər)

1

1

Commelinaceae (Kommelinaçiçəklilər)

1

1

Convallariaceae (İnciçiçəyikimilər)

2

4

Cyperaceae (Cilçiçəklilər)

17

110

Dioscoreaceae (Dioskoridkimilər)

1

1

Hemerocallidaceae (Günotukimilər)

1

1

Hyacinthaceae (Sünbülçiçəklilər)

8

38

Hydrocharitaceae (Suboyarlar)

2

2

Iridaceae (Süsənçiçəklilər)

3

33

Juncaceae (Ciğkimilər)

2

31

Juncaginaceae (Ciğkimilər)

1

2

Lemnaceae (Sugülüçiçəklilər)

3

5

Liliaceae (Zanbaq)

5

50

Melanthiaceae (Melantiumlar)

3

12

Najadaceae (Nayaskimilər)

2

3

Orchidaceae (Səhləbçiçəklilər)

20

57

Poaceae (Qırtıckimilər)

117

477

Potamogetonaceae (Suçiçəyikimilər)

2

15

Ruppiaceae (Ruppiyakimilər)

1

2

Smilacaceae (Mərəvcəkimilər)

1

1

Sparganiaceae (Qurbağaotuçiçəklilər)

1

6

Trilliaceae (Trilliyalar)

1

1

Typhaceae (Ciyənçiçəklilər)

1

9

Zannichelliaceae (Zannixeliyakimilər)

1

3

Zosteraceae (Dənizotukimilər)

1

2

Cəmi

214

944