Cins: Aristolochia - Zəravənd print

Dünyanın əsasən isti iqlimli ölkələrində yayılan 180 növü var. Azərbaycanda 4 növü məlumdur. Onlara Böyük və Kiçik Qafqaz regionlarında, eləcə də Naxçıvanda aşağı və orta dağ qurşağında meşə və kolluqlarda rast gəlinir. Növlərin təyinində çiçəyin rəngi və düzülüşü, yarpağın əlamətlərindən istifadə olunur. Dekorativ ot bitkiləridir. Bəzi növləri xalq təbabətində istifadə olunur.