Cins: Clematis - Ağəsmə print

Dünyanın mülayim və isti iqlimli ölkələrində 170 növü yayılmışdır. Azərbaycanda əksər rayonlarda, xüsusən aran və dağətəyi rayonlarda, orta dağ qurşağınadək meşə və kolluqlarda, çay kənarlarında 2 növünə rast gəlinir. Sarımtıl çiçəkli və göyümtül yarpaqlı sarmaşan kol bitkiləridir. Dekorativ bitkidir, yarpaqlarında vitamin, çiçəklərində efir yağı vardır. Cavan zoğları yeməlidir. Zoğlarından səbət düzəldirlər. Tərkibində klematin alkaloidi var.