Cins: Buschia - Buşia print

Aralıq dənizi, Orta Asiya və Qafqazda 2 növü yayılmışdır. Azərbaycanda 1 növü var. Bu növə Kür-Araz ovalığı, Kiçik Qafqaz, Naxçıvan və Lənkəran rayonlarında arandan orta dağ qurşağınadək seyrək şəkildə rütubətli yerlərdə və çay sahillərində rast gəlinir. Birillik ot bitkisidir.