Cins: Ficaria - Fikariya print

Aralıq dənizi ölkələrində və Qafqazda 5-6 növü yayılmışdır. Azərbaycanda əksər rayonlarda arandan alp qurşağınadək meşə və kolluqlarda, dincə qoyulmuş torpaqlarda, qaya çatlarında, alp çəmənliklərində 3 növü bitir. Növləri yarpağın, ləçəyin və meyvəsinin əlamətləri ilə fərqləndirilir. Zəhərli bitkidir.