Cins: Caltha - Kalta print

Dünyanın mülayim iqlimli ölkələrində 90 növü yayılmışdır. Azərbaycanda Böyük və Kiçik Qafqaz, eləcədə Naxçıvanda 2 növün rast gəlməsi göstərilir. Bataqlıq kaltası(C. palustris) Kiçik Qafqaz üçün (Xanlar) göstərilsə də, onun Azərbaycanda yayılması mübahisəlidir. Digər növ alp və subalp qurşaqda çay kənarlarında, göl və bataqlıqlarda geniş yayılıb. Çiçəyin və yarpağın əlamətləri ilə asan təyin olunur. Dekorativ və boyaq bitkisidir. Mal-qara üçün zəhərlidir.