Cins: Aconitum - Kəpənəkçiçək print

Şimal yarımkürəsinin mülayim qurşağında 60 növü yayılmışdır. Azərbaycanda 3 növü vardır. Onlara Böyük və Kiçik Qafqazda, Naxçıvan regionlarında, orta dağ qurşağından subalp qurşağınadək meşə və kolluqlarda, çəmənlərdə, yüksək otluqlarda rast gəlinir. Çiçəkyanlığı və meyvəsinin əlamətləri, çiçəyin rəngi növləri səciyyələndirən əlamətlərdir. Dekorativ bitkilərdir. Bəziləri zəhərlidir.