Cins: Adonis - Xoruzgülü print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Dicotyledoneae
- Fəsilə: Ranunculaceae
- Cins: Adonis
Avropa və Asiyanın mülayim iqlimli ölkələrində 20 növü yayılmışdır. Azərbaycanda 5 növünə rast gəlinir. Onlar Azərbaycanın əksər rayonlarında, arandan orta dağ qurşağınadək əkin yerlərində, quraq yamaclarda, alaq bitkiləri arasında yayılmışdır. Bir və çoxillik otlardır. Çiçəkləri tək-tək yerləşir. Ləçəkləri qırmızı və sarı olur. Erkəkcikləri çox, gineseyi apokarp, dişicikləri çoxdur.Meyvəsi toxumca olmaqla “yığılmış” meyvədir. Əksərən zəhərli bitkilərdir. Bəzi növlərindən ürək və böyrək xəstəliklərinin müalicəsi üçün istifadə olunan dərman preparatları alınır. Çoxillik növlərinin köklərindən sarı boya alınır.
- Növ: Adonis aestivalis - Yay xoruzgülü
- Növ: Adonis bienertii - Bienert xoruzgülü
- Növ: Adonis flammea
- Növ: Adonis parviflora
- Növ: Adonis wolgensis
- Növ: Adonis dentata - Dişli xoruzgülü