Cins: Delphinium - Mahmızçiçək print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Dicotyledoneae
- Fəsilə: Ranunculaceae
- Cins: Delphinium
Şimal yarımkürəsinin mülayim qurşağında yayılan 150-dən çox növü əhatə edir. Çiçəkləri uzaqdan delfinə oxşadığı üçün yunanca bu ad verilmişdir. Azərbaycanda 16 növü vardır. Əksər rayonlarda orta dağ qurşağından alp qurşağınadək meşənin açıq yerlərində, daşlı-çınqıllı yamaclarda, əsasən yüksək dağlıq qurşaqlarda çəmənliklərdə yayılmışdır. Onlardan bir neçəsi Azərbaycandan təsvir olunmuşdur və respublika florası üçün endem bitkilər sayılır. Çiçəkyanlığının, nektarlığın və mahmızın forması, rəngi, tüklü yaxud çılpaq olması növlərin təyinində istifadə olunan əlamətlərdir. Növlərin çoxu dekorativ bitkilərdir, onlar arasında bal verən, boyaq, dərman preparatları alınan növləri də vardır. Bəziləri zəhərlidir.
- Növ: Delphinium albiflorum
- Növ: Delphinium araraticum
- Növ: Delphinium buschianum
- Növ: Delphinium caucasicum
- Növ: Delphinium cyphoplectrum
- Növ: Delphinium flexuosum
- Növ: Delphinium foetidum
- Növ: Delphinium freynii
- Növ: Delphinium lomakinii
- Növ: Delphinium macropogon
- Növ: Delphinium nachiczevanicum
- Növ: Delphinium quercetorum
- Növ: Delphinium speciosum - Gözəl mahmızçiçək
- Növ: Delphinium szowitsianum
- Növ: Delphinium talyschense
- Növ: Delphinium tomentellum