Cins: Actaea - Qarğaotu print

Şimal yarımkürəsinin mülayim qurşağında 6 növü yayılmışdır. Azərbaycanda Böyük və Kiçik Qafqazda kölgəli meşələrdə 1 növə rast gəlinir. Qaramtıl giləmeyvəşəkilli meyvəsi, sarımtıl ləçəkləri ilə seçilir. Hündürlüyü 60-70 sm olan çoxillik ot bitkisidir. Zəhərlidir, boyaq bitkisidir.