Cins: Thalictrum - Qaytarma print

Hər iki yarımkürənin mülayim və isti zonalarında 85 növü yayılmışdır. Azərbaycanda 8 növü vardır. Əksər rayonlarda, xüsusən Böyük və Kiçik Qafqaz regionlarında, aşağı dağ qurşağından alp qurşağınadək meşə və kolluqlarda, kölgəli, qayalı yerlərdə, çay kənarlarında yayılmışdır. Yarpağın və çiçək qrupunun əlamətləri növlərin təyinində istifadə olunur.