Cins: Consolida - Üsgüyotu print

Şimal yarımkürəsində 50-60 növü yayılmışdır. Azərbaycanda aran, aşağı və orta dağ qurşağında yayılmış 7 növü vardır. Onlara əkinlərdə, çay kənarlarında, bağ və bostanlarda, meşə və kolluqlarda rast gəlinir. Birillik otlardır. Gövdələri budaqlıdır, yarpaqları barmaqvari bölümlü, çiçəkləri növündən asılı olaraq bənövşəyi, çəhrayı və ağımtıl olur. Tacvari çiçəkyanlığı yarpaqları 5 ədəddir, ləçəyin biri mahmıza çevrilib. Erkəkciyi çox, dişiciyi 1-dir. Meyvəsi çalov meyvədir. Zəhərli bitkilərdir.