Şamaxı rayonu print

Şamaxı rayonu 1930-cu ildə yaradılmışdır. Ptolomeyin (II əsr) «Coğrafi təlimnamə»sində «Samaxeya», «Kemaxeya», ərəb mənbələrində «Əş-Şəmaxiyyə» kimi qeyd edilmiş Şamaxı (m.ə. V-IV əsrlər) Azərbaycanın ən qədim şəhərlərindəndir. Şamaxı sözünün etimologiyası haqqında müxtəlif mülahizələr mövcuddur. Bəzi mütəxəssislər onu qədim yerli tayfa adı ilə bağlayırlar.
Relyefi. Ərazi Baş Qafqaz silsiləsini, Qobustan, Ləngəbiz silsiləsini və Şirvan düzünü tutur. Maksimal hündürlük 2500 m-ə çatır. Səthi, əsasən, dağlıqdır. Rayonun şimalını Baş Qafqaz silsiləsinin cənub hissəsi tutur. Ondan cənubda xırda plato və silsilələr sahəsi yerləşir. Rayonun şərq hissəsi Qobustana daxildir. Pirsaatçaydan qərbdə, şimal-qərbdən cənub-şərqə doğru Ləngəbiz silsiləsi uzanır. Rayonun cənub hissəsi Şirvan düzünə daxildir.
Geoloji quruluşu. Ərazidə Yura-Antropogen çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri. Əsas çayları Ağsu, Pirsaat, Qozluçay, Acıçay, Cigil çayları və kiçik göllər vardır. Ağsu çayın mənbəyi Sanbulaq dağının (2268 m) yamacından (2100 m) başlayır, Pirsaatçayın mənbəyi Baş Qafqazın cənub yamacından (2400 m) başlayır.
Landşaftları və bioloji müxtəlifliyi. İqlimi cənubda qışı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl tipli, şimalda yayı quraq keçən mülayim-istidir. Çimli dağ-çəmən, qəhvəyi dağ meşə, dağ-qara, qonur dağ-meşə, dağ tünd-şabalıdı, şabalıdı, boz qonur şorakətvari boz-qonur, boz çəmən və çəmən-boz torpaqlar yayılmışdır. Zəngin meşələri, subalp və alp çəmənlikləri, dağ-bozqır və yanmsəhra bitkiləri vardır. Şahdağ Milli Parkının cənub hissəsi (keçmiş Pirqulu Dövlət Təbiət Qoruğu) Şamaxı rayonu ərazisindədir. 520 növ bitki, o cümlədən, 130 növ agac və kol bitkisi, 440 növ çiçəkli bitki, 143 heyvan və quş növü, o cümlədən 33 məməli növü mövcuddur.
Flora. Ərazinin dendroflorası, əsasən, qafqaz vələsi (Carpinus caucasica), şərq fıstığı (Fagus orientalis), iberiya palıdı (Quercus iberica) və iritozcuqlu palıddan (Quercus macranthera) ibarətdir. Meşələrdə, həmçinin, adi göyrüş (Fraxinus exselsior), çöl ağcaqayını (Acer campestre), çinaryarpaq ağcaqayın (Acer platanoides), vələsyarpaq qarağac (Ulmus carpinifolia), şərq qarağacı (Ulmus orientalis), qaraçöhrə (Taxus baccata), tozağacı (Betula sp.), söyüd (Salix sp.), şərq alması (Malus orientalis), qafqaz armudu (Pyrus caucasica), çaytikanı (Hippophae rhamnoides), əzgiI (Mespilus germanica), adi qoz (Juglans regia), doqquzdon (Lonicera sp.), itburnu (Rosa sp.), dəli-zoğal (Swida australis), müxtəlif növ yemişanlar, alça (Prunus divaricata), albalı (Cerasus avium), meşə albalısı (Padellus mahaleb), zirinc (Berberis sp.) kimi ağac-kollar vardır.
FaunaBurada cücüyeyənlər dəstəsindən uzunquyruq ağdişi (Crocidura gueldenstaedti), Ağdöş kirpi (Erinaceus concolor), Xırda köstəbəyə (Talpa levantina) rast gəlinir. Yarasalar kiçik və böyük nalburunlar (Rhinolophus hipposideros, Rh.ferrumequinum), itiqulaq şəpbərə (Myothis blythi), dağ gönlücəsi (Eptesicus serotinus) və s. növlərlə təmsil olunub. Ərazidə gəmiricilərin 10-a yaxın növü təsvir edilmişdir: adi sincab (Sciurus vulgaris), sanboğaz siçan (Apodemus flavicollis) və s. Yırtıcılardan canavar (Canis lupus), Çaqqal (Canis aureus), tülkü (Vulpes vulpes), meşə pişiyi (Felis silvestris), qonur ayı (Ursus arctos), gəlincik (Mustela nivalis), porsuq (Meles meles) və s. növlər təsvir edilmişdir. Quşlardan qafqaz şahini (Falco peregrinus caucasicus), qırqovul (Phasianus colchicus), qaratoyuq (Turdus merula), bildirçin (Coturnix coturnix), kəklik (Perdix perdix) və göyərçinə (Columba livia) rast gəlinir.

Tarixi.  Ərazidən tapılmış qədim Roma, Makedoniya İmperiyalanna mənsub antik sikkələr buranın hələ antik dövrlərdən mühüm mərkəz olduğunu göstərir. Ərəblərin Qafqazı işğalından sonra Şamaxı mahal mərkəzi olmuşdur. X əsrin əvvəllərindən Şamaxı Şirvanşahlar (Məzyədilər) dövlətinin paytaxtı olub Yəzid ibn-Məzyədin şərəfinə Yəzidiyyə adlanırdı. Şirvanşah II Mənuçöhrün dövründə Şamaxı daha da qüdrətləndi. 1578-ci ildən Şirvanda türk hərbi-inzibati idarə sistemi quruldu. Sonrakı dövrlərdə Şamaxı Şirvan bəylərbəyliyinin mərkəzinə çevrildi. 1734-cü ildə Nadir şah Şamaxını dağıdaraq indiki Ağsu şəhərinin yaxınlığına - Yeni Şamaxıya köçürdü. Nadir şahın ölümündən sonra (1747) yaranan Şamaxı Xanlığı sonradan Osmanlı işğalına məruz qaldı. Şamaxı 1805-ci ildə Rusiya İmperiyası hakimiyyətini qəbul etdi. Şamaxı şəhəri I846-cı ildə quberniya mərkəzi oldu. 0, müxtəlif dövrlərdə Xəzər vilayətinin, Şamaxı qəzasının, Şamaxı quberniyasının mərkəzi olmuşdur. 1667, 1859, I902-ci illərdə Şamaxıda fəlakətli zəlzələlər olmuşdur.
Arxeoloji abidələr. Çıraqlı kəndində m.ə. I minilliyin sonu – antik dövrə aid qədim qəbiristanlıq.
Tarixi abidələr. Göylər kəndində XII-XIV əsrlərə aid “Pir-Mərdəkan Xanəgahı". Bir versiyaya görə dövrünün görkəmli üləma alimlərindən olan Seyid Mərdəkaninin qəbri buradadır. Dədəgünəş kəndi yaxınlığında köhnə qəbiristanhq və «Piri-Sultan Dədəgünəş» məqbərəsinin xarabalıqları yerləşir. Buradakı kitabədə bu sözlər yazılmışdır: “Bu məzar mərhum, bağışlanmış, xoşbəxt şəhid olmuş, əhalinin iftixarı, yüksəklərin və böyüklərin görkəmlisi, möminlərin qulu-yoldaşı, həqiqəti meydana çıxaran, kəramət sahiblərinin rəisi, Dədəgünəş övladlarından Şeyx Dədəqulunun oğlu şeyx Məhəmmədə aiddir (1602-1603)’’.
Dədəgünəş şair Əfzələddin Xaqaninin əmisi Kəfiəddin Ömər ibn Osmanın ləqəbidir. 0, zəmanəsinin tanınmış həkimi, həm də görkəmli filosofu olmuşdur. Burada Kəfiəddin Ömər ibn Osmanın təşkilatçılığı və rəhbərliyi ilə bülün Şərqdə məşhur tibb akademiyası olan "Mədrəseyi tibb” (tibb mədrəsəsi) və müalicəxana fəaliyyət göstərmişdir. Şamaxıda XIX əsrə aid türbələr kompleksi. Şamaxı hakimi Mustafa xanın ailə üzvləri üçün tikilmiş 7 türbədən 4-ü qalmışdır. Türbələr yonulmuş ağ daşdan inşa edilmiş, çatmatağlı gümbəzlə örtülmüşdür. Xanın anasının dəfn edildiyi türbənin (1810) kitabəsində “Ustad Tağı memar'’ həsr edilmişdir. Kələxana kəndində XVII əsrə aid memarlıq kompleksi. 9 türbədən 8-i qalmışdır. Türbələrdən biri üzərindəki kitabədə abidənin 1663-cü ildə sərkar Əbdüləzim Əmirəli oğlu tərəfindən İbrahim Əmirəhməd adlı şəxsin qəbri üzərində tikildiyi göstərilib.
Şamaxı şəhəri yaxınlığında IX əsrə aid Gülüstan qalası. Qalanın ön istehkamı dağın yamac hissəsində, narınqalası isə zirvəsində inşa edilmişdir. Xl-X VII əsrlərdə Şirvan şahlarının müdafiə qalası və iqamətgahı olmuşdur. Yeraltı gizli yolları olan bu qala odlu silahın meydana gəlməsi ilə əhəmiyyətini itirmişdir.
Əhalisi. Əhalisinin böyük əksəriyyətini azərbaycanlılar təşkil edir. Burada ruslar, ukraynalılar, (atariar, ləzgilər, türklər və s. xalqlar və milli azlıqlar yaşayırlar.
Geoloji təbiət abidələri. Şamaxı rayonu çox nadir geoloji təbiət abidələri ilə də zəngindir. Ərazidə bir sıra karst mağaraları mövcuddur. Əsrarəngiz və nadir geoloji təbiət abidəsi Dəmirçi kəndi yaxınlığındakı «Dəmirçi palçıq vulkanı»dır. Qövsi-qüzeh çalarlı gözəlçiçəkli bitki xalısı fonunda və seyrək çaytikanı kollarının əhatəsində yer almış bu vulkan yaz və yay aylarında öz gümüşü əbası ilə çox yüksək estetik və valehedici görünüşlü olur. Çarhan, Məlikçobanlı və Quşçu vulkanları da özünəməxsus xüsusiyyətləri, gözəlliyi və unikal landşaftı ilə seçilir.
Çempion ağaclar. Nadir təbiət abidələrindən dəniz səviyyəsindən 1000 m yüksəklikdə, Dədəgünəş kəndi yaxınlığında köhnə qəbiristanlıq və «Piri-Sultan Dədəgünəş» məqbərəsinin xarabalıqları yerləşir. Ərazi 8 ha olub 100 – 400 yaşlı ağaclardan ibarət iberiya palıdı (Quercus iberica) meşəliyidir. Məqbərə 2 otaqdan ibarətdir. Buradan tapılmış kitabəyə görə məqbərə Dədəgünəş nəslindən Şeyx Dədəqulunun oğlu Şeyx Məhəmmədə məxsus olmuşdur. Digər rəvayətə görə bu məzar şair Əfzələddin Xəqaninin əmisi Kəfiəddin Ömər ibn Osmanın qəbridir. Kəfiəddin Ömər ibn Osman zəmanəsinin tanınmış həkimi, həm də görkəmli filosofu olmuşdur.