Siyəzən rayonu print

Siyəzən rayonu 1940-cı ildə təşkil olumnuşdur. O, 1959-cu ildə ləğv edilərək Şabran rayonunun tərkibinə verilmiş, I992-ci ildə yenidən müstəqil rayon olmuşdur. Ərazinin əsas sakinləri azərbaycanlılar və tatlardan ibarətdir.

Relyefi. Siyəzən rayonu Azərbaycanın şimalında, Böyük Qafqazın şimal-şərqində, Böyük Qafqaz dağları ilə Xəzər sahilində olan Samur-Dəvəçi ovalığında yerləşir.

Geoloji quruluşu. Rayon ərazisinin geoloji quruluşu Paleogen-Neogen və onun üzərində olan Üst-Tabaşir çöküntülərindən ibarətdir.

Çayları və su hövzələri. Gilgilçay və Alaçay çayları bu ərazidən axır. Gilgilçay başlanğıcını Gülum-dostu dağının (2713 m) yamacından 1980 m yüksəklikdən alır. Gilgilçay daşqın rejimli çaydır. Əsas qida mənbəyi yağış suları (75% ) və yeraltı sulardır (15% ). Hövzəsində isti və soyuq mineral bulaqlar var. Ataçayın mənbəyi Dübrar dağından (2205 m) şərqdə 1870 m yüksəklikdə yerləşir. Ataçay daşqın rejimli çaydır. Əsas qida mənbəyini yağış suları (74%), qar suları (18%), yeraltı sular (8%) təşkil edir.

Landşaftları və bioloji müxtətlifliyi. Buranın yayı çox isti və quraqltq, qışı isti olur. Landşaflı seyrək meşəlardən və kolluqlardan ibarətdir. Siyəzən kükürdlü su bulaqları, neft və qaz yataqları ilə məşhurdur. Ovalığın cənub-şərqində yarımsəhra landşaftı, dağətəyi hissələrdə isə boz - çəmən, şabalıdı qəhvəyi torpaqlar yerləşməklə, meşə - çəmən landşaftı xarakterikdir. Altıağac Milli Parkının bir hissəsi bu əraziyə düşür. Rayonun dağlıq əraziləri geniş meşə sahələrinə malikdir. Burada, əsasən, palıd (Quercus sp.). vələs (Carpinus sp.), göyrüş (Fraxinus sp.). ağcaqayın (Acer sp.) cinslərinə aid ağaclara rast gəlinir. Müşayiətedici ağac-kol cinslərindən alma (Malus sp.), armud (Pyrus sp.), itburnu (Rosa sp.), əzgil (Mespilus germanica) və s. növlərə rast gəlinir. Alçaq dağlığın arid meşələri seyrək şəkildə yemişan (Crataegus sp.), ardıc (Juniperus sp.), saqqızağac  (Pistacia mutica), söyüdyarpaq armud (Pyrus salicifolia), qaratikan (Paliurus spina-christi), dovşanalması (Cotoneaster sp.), itburnu (Rosa sp.) kimi ağac-kollardan ibarətdir. Dənizə doğru ərazilər üçün tək-tək söyüdyarpaq armud (P.salicifolia) ağaclarından ibarət geniş çəmənliklər xarakterikdir. Nadir növlərdən şoranyer qarğasoğanı (Gladiolus halophilus), ilankölgəsi (Ferula sp.), adi nar (Punica granatum). Sahilə yaxınlaşdıqca ağac-kollar öz yerini yüksəkboylu ot bitkilərinə verin Yalmz rütubət və minerallann toplaşdığı qayalıqlarda nar (Punica granatum), əncir (Ficus carica), hamar dağdağan (Celtis glabrata), xırdameyvə albalı (Cerasus microcarpa), itburnuya (Rosa canina) rast gəlinir. Meşələrində ayı, canavar, çaqqal, tülkü, qaban və s. məməli heyvanlara rast gəlinir. Quşlardan sahil ərazilərdə su-bataqlıq quşları geniş yayılmışdır.

Tarixi. «Siyəzən» sözünün etimologiyası dəqiq müəyyənləşdirilməmişdir. Bəzi tədqiqatçıların fikrincə bu söz İran qrupu dillərində «qara torpaq», digərlərinə görə isə hələ qədimdən burada çıxan neftlə əlaqədar «qara su» deməkdir.

Əhalisi. Milli tərkibinə görə əhali, əsasən, azərbaycanlılardan ibarətdir. Həmçinin rayonda ləzgilər, ruslar, türklər, ukraynalılar, tatlar və digər millətlərin nümayəndələri də yaşayır.

Geoloji təbiət abidələri. Ərazinin ən möhtəşəm geoloji təbiət abidəsi Beşbarmaq dağıdır. Dib kəndində Daş mağara karst mağarası.

Çempion ağacları. Siyəzən rayonunda tədqiqal işləri demək olar ki, aparılmamış, indiyədək qeyd edilmiş yeganə bioloji təbiət abidəsi Qərəh kəndi yaxınlığındakı bir cüt müqəddəs şərq çinarıdır (Platanus orientalis). Ərazi dünya və regional əhəmiyytli tarixi-mədəni və irsi abidələrlə zəngindir.

Arxeoloji abidələri. Siyəzən şəhəri yaxınlığında Tunc Dövrünə aid nekropol.

Tarixi-mədəni abidələri. “Beşbarmaq” müdafiə səddi (IV-VII əsrlər). İstehkam Beşbarmaq dağının ətəklərindən Xəzər dənizinə qədər uzanırdı. Səddin bir hissəsi qalmışdır. Dağın ətəyində daşlardan, düzənlikdə iri çiy kərpicdən sədd  bir-birindon 200 m aralı iki divardan ibarət olmuşdur.
Qalaaltı kəndi ərazisinin ən hündür dağ zirvəsindəki nəhəng qaya üzərində Sasanilər dövrünün V-VI əsrlərində tikilmiş Çiraqqala və Gilgilçay səddi (III-VII əsrlər). Gilgilçay səddi - müdafiə istehkamlar kompleksi (VI əsr). Böyük Çin səddindən sonra dünyada ikinci ən böyük səddir. Ərəbdilli qaynaqlarda "Sur ət-Tin" səddin (“Gildivar'') Sasani hökmdarı Qubad tərəfindən inşa edildiyi bildirilir. Gilgilçayın Xəzərə töküldüyü yerdən başlayan səddin divarları Babadağa doğru 60 km-ə qədər uzanırmış. A.Bakıxanov '‘Gülüstani-İrəm əsərində qeyd edir ki, bu sədd dənizdən başlayıb Çıraqqalaya bitişir. Oradan da üzərində böyük bir xarabası olan Anta dağından keçərək Qonaqkəndin üstündən Babadağa doğru gedir. Abidə Siyəzən rayonunun Yenikənd, Kolanı, Eynibulaq, Daşlı Calğan, Qalaaltı kəndlərindən keçərək Çıraqqala ilə birləşir. Qızılburun tapmtıları (XI əsr). Gilgilçay qəsəbəsində şərq memarlıq üslubunda tikilmiş Pir Xəlil türbəsi (XVII əsr). Sədan kəndi yaxınlığında dağın zirvəsində orta əsrlərə aid Sədan qalası qalıqları. Siyəzən şəhərinin şimal hissəsində orta əsrlərə aid Şəhərgah yaşayış yeri. Zarat kəndinin yaxınlığında Su ovdanı (1906). Gilgilçay stansiyasında Dəmiryol vağzalı (1898). Dəmiryol vağzalı (1913) Zarat stansiyası. Dəmiryol vağzalı (1913) Qızılburun stansiyası. Qızılburun stansiyasının su anbarı (1913).