Oğuz rayonu print

Müasir Oğuz rayonu 1930-cu ildə təşkil edilmişdir. Burada bir sıra millət, azsaylı xalq, etnik qrup nümayəndələri min illərdir ki, mehriban münasibət, sıx dostluq və qardaşlıq şəraitində birgə yaşayırlar. Bir çox kənd adları (Şamlı, Abdallı, Bayan, Xal-xal, Padar və s.) bu yerlərdə çox qədim dövrlərdən oğuz-türk, səlcuq tayfalarının yaşadığını göstərir. Ləzgilər, əsasən, Filfili, Qarabulaq, Astraxanovka, Top və Yenikənd kəndlərində, məshəti türkləri demək olar ki, bütün kəndlərdə, yəhudilər və udinlər Oğuz şəhərində, tatlar Böyük Söyüdlü, kürdlər Çalud kəndlərində, ruslar və ukraynalılar Oğuz şəhəri, Astraxanovka və Vladimirovka kəndlərində yaşayırlar. Udinlər Qafqaz Albaniyasının Uti tarixi vilayətində yaşayan qədim uti tayfalarının varisləridir. M .ə. VIII əsr Urartu mixi yazılarında "uduri”, Herodotun ‘Tarix"ində “uti”, antik roma mənbələrində “udin’' kimi qeyd olunmuş, 314-cü ildə xristianlığı qəbul etmiş Qafqaz Albaniyası tayfalanndandır. Öz tolerantlığı ilə seçilən bu torpaqda tatarlar, avarlar və gürcülər də yaşayır.

Miladın II əsrindən etibarən ərazidə qədim türk (hun, bulqar, xəzər, barsil, savir, onoqur, xaylandur və s.) və qədim irandilli (iskit-skif, sarmat, alan , masqut-massaget) tayfalar yaşamışdır. Çox güman ki, şəhərin əvvəlki adı da məhz burada yaşamış qədim irandilli tayfalarla, onların sələfləri - müasir tatlarla bağlıdır. Rayonun əvvəlki adı Vartaşen - qədim Hind-İran mənşəli "Vard" (“gül” ) və “şen” (“insan toplusu”, “kənd”) sözlərindən yaranaraq - "güllük ərazi”, “güllü kənd” mənasını daşıyır.

Tarixi. Oğuz ərazisi qədim yaşayış məskənidir. Burada aparılmış arxeoloji qazıntılar (Vardanlı, Qarabaldır, Filfili, Başdaşağıl kəndləri) Eneolit Dövründən burada geniş insan məskənləri olduğunu göstəmişdir. XVIII əsrin ortalarında Şəki Xanlığının 2 mahalı - Padar və Xaçmaz - müasir Oğuz hüdudlarında idi. Padar (1883), Xaçmaz və Oğuz (1887) məktəbləri Azərbaycanın ən qədim məktəblərindəndir.

Relyefi. Relyefi əsasən, dağlıqdır. Rayonun şimal hissəsi Baş Qafqaz silsiləsinin cənub yamacına, mərkəzi hissəsi Qanıx - Həftəran vadisinə, cənub hissəsi isə Acınohur ön dağlığına daxildir. İqlimi, əsasən, düzənlik, dağətəyi hissədə mülayim isti v ə y a n m q uru subtropik , yüksək dağlıq ərazilərdə isə soyuqdur. Ərazinin ən alçaq hissəsi 350 m, ən yüksək zirvəsi 3900 m-dir (Məlkəmud). Əsasən, dağ-çəmən, dağ-meşə və allüvial çəmən torpaqları yayılmış, alp və subalp çəmənlərinə malikdir.

Geoloji quruluşu. Əsasən, Yura, Tabaşir Dövrlərinin gil şistlərindən, qum daşı, əhəngdaşı, argillitlərindən ibarətdir. Qanıx-Həftəran vadisi IV Dövr çaqıl daşlarından , qum və gillərdən ibarətdir.

Çayları və su hövzələri. Əsas çayları Əlican, Xalxal, Daşağıl, Oğuz, Türyan və Qalaçaydır (Filfili).

Geoloji təbiət abidələri. Daşağıl çayının ələ gətirdiyi D aşağıl keçidi. Keçid Baş Daşağıl kəndinin şimalından Qıdım aşırımınadək uzanır. Xaçmaz kəndi yaxınlığında 3 dağ yolunu birləşdirən Xaçmaz keçidi. Qıdım Aşırımı (2906 m), Gədim Aşırımı (2000 m), Fiy Aşırımı (3100 m), Məlkəmud Aşırımı (3800 m).

Nadir canlılarıƏrazinin nadir və nəsli kəsiIməkdə olan, adı “Azərbaycanın Qırmızı Kitabı’’na salınmış bitkiləri aşağıdakılardır: alp vudsiyası (Woodsia alpina), fişer şternbergiyası (Sternbergiya fischeriana), giləmeyvəli qaraçöhrə (Taxus baccata), qanadmeyvə yalanqoz (Pterocarya pterocarpa), pastuxov daşsarmaşığı (Hedera Pastuchowii), şərq çinarı (Platanus orientalis), ayı fındığı (Corylus colurna). Ərazi veteran ağaclarla zəngindir (Oğuz, Muxas, Çalut, Xaçmaz).

Landşaftları və bioloji müxtəlifiyi. Enliyarpaqlı meşələr (palıd, fıstıq, vələs) geniş yer tutmaqla yanaşı kollu və seyrək meşə çəmən, quru bozqır bitkiləri də yayılmışdır. Əyriçay vadisində düzən meşələri mövcuddur. Aşağı dağ qurşağı meşələrində iberiya palıdı (Quercus iberica) və vələs (Carpinus caucasica) meşələri, orta dağ-meşə qurşağında fıstıq (Fagus orientalis), vələs-fıstıq meşələri, yuxarı dağ-meşə qurşağında tozağacı (Betula sp.), şərq palıdı (Quercus macranthera), quşarmudu (Sorbus sp .), əzgil (Mespilus germanica) kimi ağac-kollar yayılmışdır. Məməli heyvanları, əsasən , nəcib maral (Cervus elaphus), cüyür (Capreolus capreolus), Şərqi Qafqaz turu (Capra cylindricornis), meşə pişiyi (Felis silvestris), canavar (Canis lupus), qonur ayı (Ursus arctos), qaban (Sus scrofa), tülkü (Vulpes vulpes), dovşan (Lepus europaeus), quşlardan qırqovul (Phasianus colchicus), qayalıq kəkliyi (Alectoris chukar) və s. – dən ibarətdir.

Arxeoloji abidələri. Kərimli kəndində m.ə. I minilliyin əvvəllərinə aid kurqanlar. Oğuz şəhəri yaxınlığında Tunc və İlk Dəmir Dövrlərinə aid qədim qəbiristanlıq (nekropol). Qarabaldır kəndi yaxınlığında m.ə. IV-I əsrlərə aid qəbiristanlıq.

Tarixi-mədəni abidələr. Xaçmaz kəndi yaxınlığında, Qaladağın zirvəsində Govurqala VII əsr müdafiə istehkamı. Divar, bürc və yaşayış binaları qaya və çay daşından tikilmişdir. Nişangahları olan bürclər yanmdairəvi və düzbucaqlıdır. 12-ə qədər bina yeri, qala divarlarının kənarında birinci (eni 8 m, dərinliyi 10 m) və ikinci (30 m , dərinliyi 20 m) müdafiə xəndəyi vardır. Muxas kəndi yaxınlığında IX-XIIl əsrlərə aid M uxas qülləsi. Hündürlüyü 11.6 m , divarlann qalınlığı 1.5 m olan 3 mərtəbəli qüllə. Abidə keşikçi məntəqəsi rolunu oynamışdır.
Oğuz şəhəri yaxınlığında, Qalasisik düzündə V-VI əsrlərə aid Vartaşen qalası. Fiifili kəndi yaxınlığında erkən orta əsrlərə aid qədim oğuz-türk tayfalarına mənsub qəbiristanlıq. Surxayxan qalası (XVIIl əsr). Xaçmaz kəndində məscid (XIX əsr). Qumlaq kəndində məscid (X IX əsr).