Şəki rayonu print

Şəki rayonu 1930-cu ildə təşkil olunmuşdur. 1963-cü ildə ləğv edilərək Oğuz rayonuna verilmiş, 1965-ci ildə yenidən bərpa edilmişdir.

RelyefiRayonun şimal və şimal şərq hissəsi Baş Qafqaz silsiləsinin meşəli, subalp və alp çəmənli cənub yamacları ilə hüdudlanır. Mərkəzi hissə dağarası, seyrək meşəli Qanıx - Həftəran vadisinə daxildir. Cənub və cənub-şərq hissə bozqır landşaftlı Acınohur düzənliyinə daxildir. Ərazinin ən yüksək hündürlüyü 3683 m olan Seyidyurd dağıdır. Ərazidə, əsasən, çimli dağ-çəmən, qonur dağ-meşə, çəmən-m eşə, dağ-tünd şabalıdı, şabalıdı, açıq şabalıdı, boz-çəmən, çəmən-boz, şorakətvari, boz-qonur torpaqlar yayılmışdır.
Geoloji quruluşu. Rayonun dağlıq ərazilərində Yura, Tabaşir, dağ ətəklərində Neogen və Antropogen çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri. Əsas çayları Əyriçay, Əlican, Kiş, Şin çaylarıdır. Rayonun cənub-qərb hissəsində, Qax rayonu ilə sərhəddə Acınohur gölü yerləşir.
Landşaftları və bioloji müxtəliflyi. Ərazidə rast gəlinən qaraçöhrə (T.baccata), ayı fındığı (Colyrus colurna), qanadmeyvə yalanqoz (Pterocarya pterocarpa), qafqaz xurması (Diospyros lotus), pastuxov daşsarmaşığı (Hedera pastuchovii), mlokoseviç pionu (Paeonia mlokosewitschii), laqodex acıçıçəyi (Gentiana lagodechiana), təkçıxınlılı zanbaq (Lilium monadelphum) nadir bitkilərdəndir.
Çayları forel balığı - dağçayı qızılxallısı (Salmo fario) ilə zəngindir. Suda-quruda yaşayanlardan karelin triton, qafqaz xaçlıcası, yaşıl və qafqaz quru qurbağası, adi ağacqurbağası, göl qurbagası, kiçik asiya qurbağasına rast gəiinir. Sürünənlər faunası da kifayət qədər zəngindir; ərazidə 5 növ kərtənkələ yaşayır: çəmən kərtənkələsi, qafqaz qayalıq kərtənkələsi, Gürcüstan qayalıq kərtənkələsi, zolaqlı kərtənkələ. Sürünənlərdən qurdvari korilancıq, cənubi qafqaz təlxəsi, suilanı, adi qonurilana rast gəlinir.
Ərazidə 100-dən çox quş növü vardır. Meşəlik əraziiərdəki quşlar, əsasən, sar (Buteo buteo), qara, yaşıl ağacdələn (Dryocopus martius, Picus viridis), meşə bayquşcuğu (Otus scops), adi ququ quşu (Streptopelia turtur), meşə haçaqanadıdır (Buteo vulpinus). Subalp qurşaqda qafqaz tetrası (Lyrurus mlokosiewiczi), bozqır çəkçəkisi (Saxicola ruberta), muymulu qızılquş (Falco tinnunculus), ağbaş kərkəs (Gyps fulvus) və s. quşlara rast gəlinir. Alp qurşağına qafqaz uları (Tetraogallus caucasicus), dağ qarğası (Pyrrhocorax pyrrhocorax), alp çərənçisi (Prunella collaris) xarakterikdir.

Məməlilər faunası kirpi (Erinaceus concolor), xırda köstəbək (Talpa levantis), İran sincabı (Sciurus anomalus), süleysin (Glis glis), şərqi qafqaz turu (Capra cylindricornis), cüyür (Capreolus capreolus), qonur ayı (Ursus arctos), canavar (Canis lupus), tülkü (Vulpes vulpes), meşə pişiyi (Felis silvestris), porsuqdan (Meles meles) ibarətdir.

TarixiŞəki ərazisi Azərbaycanın və dünyanın ən qədim yaşayış məskənlərindəndir. Buradan aşkar edilmiş arxeoloji tapıntılar, nekropollar (Oxud, Küdürlü, Baş Layısqı, Dağüz kəndləri), m.ə. III minilliyə, Tunc və Dəmir Dövrlərinə, antik dövrlərə aid yaşayış məskənləri, əşyalar, sənətkarlıq nümunələri, daş qutu qəbirlər bunu sübut edir. Qədim Şəki əyaləti Qafqaz Albaniyasının dini mərkəzlərindən biri olmuşdur. Tarixçilər onu Ptolomeyin (II əsr) “Coğrafi təlimnamə"sindəki Niqa ilə eyniləşdirirlər. Kiş kəndindəki kils xristianlıqdan qat-qat əvvəllər mövcud olmuş, sonradan İsa Məsihin həvarilərindən olan Apostol Elisey tərəfindən yenidən inşa edilmişdir. Bu kilsə Qafqazın və dünyanın ən qədim xristian kilsələrindən hesab edilir. Kilsə ərazisində tarixi xristianlıqdan çox-çox əvvəllərə təsadüf edən yerli sakinlərin nəhəng insan sümüklərinin qalıqları tapılmışdır. Elxanilər dövrü və ondan sonra Şəki müstəqil hakimlik mərkəzi, Osmanlı hakimiyyəti dövründə vilayət (sancaqlıq) mərkəzi, 1747-ci ildən Azərbaycanın ən güclü və nüfuzlu xanlıqlarından birinin mərkəzi olmuşdur. 1772-ci ildəki güclü sel şəhəri dağıtdıqdan sonra şəhər əhalisi indiki əraziyə köçmüşdür. 1805-ci ildə bağlanmış Kürəkçay müqaviləsi əsasında Şəki Xanlığı Rusiyanın himayəsinə keçmiş, 1819-cu ildə ləğv edilərək çar komendantı tərəfindən idarə edilmiş, daha sonralar isə Nuxa qəzasına çevrilmişdir.

Əhalisi. Şəki əhalisi rəngarəng etnik palitraya malikdir. Əhalinin böyük əksəriyyəti azərbaycanlılardir. Burada ləzgilər, avarlar, türklor, tatarlar, ruslar, gürcülər yaşayır.

Arxeoloji abidələriOxud kəndi yaxınhğmda, Güney dağın ətəyində m.ə. II - I əsrlərə aid nekropol. Baş Layısqı kəndi yaxınlığında Son Tunc və Erkən Dəmir Dövrlərinə aid nekropol. Daşüz kəndi yaxınlığındaTunc Dövrünə aid Daşüz kurqanları və nekropolu. Cumakənd kəndi yaxınlığında Tunc Dövrünə aid Cumakond nekropolu. Küdürlü kəndi yaxınlığında Orta Tunc Dövrunə aid Küdürlu nekropolu. Orta Zəyzid kəndi yaxınlığında antik dövrə aid Qaraçı nekropolu və yaşayış yeri.

Tarixi və mədəni abidələri. Baş kəldək kəndi yaxınlığında VI əsrə aid Gavur qalası. Qaladağda (Baş Küngüt kəndi) V-XIV əsrlərə aid Govurqala yaşayış yeri və müdafiə istehkamı. Ərazi bürclü qala divarları ilə əhatə edilmişdir. Buraya 3 km məsafədən saxsı tünglərlə su çəkilmişdir. Xəzərlərin basqınlarının qarşısını almaq məqsədi ilə Sasanilər dövründə tikildiyi Teymurilərin hücumu zamanı dağıdıldığı ehtimal edilir. Aydınlıq kəndi yaxm hğm da IX-XIII əsrlərə aid Aydınbulaq Qülləsi. Hündürlüyü 0.5 m dördkünc planda tikilmiş üçmərtəbəli qüllə keşikçi məntəqəsi olmuşdur. Kiş çayının sahilində, Qaratəpə dağının zirvəsində orta əsrlərə (XV əsr) aid Gələsən-Görəsən qalası. Divarların (qalınlığı 2.7 m), bürclərin (hündürlüyü 7 m) və darvazasının xarabalıqları qalmışdır. Əfşarlar İmperiyasının hökmdarı Nadir şah 30 minlik ordu ilə qalanı 4 ay mühasirədə saxladıqdan sonra xeyli itki verərək geriyə çəkilməyə məcbur olmuşdur. Orta Zəyzid kəndi yaxınlığında XI-XII əsrlərə aid Zəyzid məbədi. Şəki şəhərində XVlI əsrə aid Şəkixanovların evi və s.

Geoloji təbiət abidələri. Kiş kəndi yaxınlığında şəlalə vardır.

Nadir canlıları. Ərazi nadir və nəsli kəsilməkdə olan bitkilərlə çox zəngindir: Adi nar (Punica granatum) - Təzəkənd, Böyük Dəhnə, adi şabalıd (Castanea sativa), kəskiniyli ardıc (Juniperus foetidissima) - Sarıca, Cayqaraqoyunlu kəndləri, qırmızı topulqa (Pyracantha coccinea) - Şin kəndi, parlaq kladoxeta (Cladochaeia candidissima) - Kiş kəndi, pastuxov daşsarmaşığı (Hedera pastuchovii) - Kiş kəndi, sarımsaqyarpaq pişikotu (Valeriana alliarifolia) - Şəki şəhərinin ətraf əraziləri, yuliya novruzçiçəyi (Primula juliae) Oxud kəndi əlrafında yayılmışdır.

Çempion ağacları. Rayon ərazisi tabiət abidələri ilə çox zəngindir. Burada mənzərəli qayalıqlara, şəlalələrə, xeyli nəhəng və qocaman ağaclara nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinə rast gəlinir. Ərazinin ən qocaman və nəhəng ağac çempionları “Qoşa Ziyarət Piri” ərazisindəki 300 yaşlı dağdağan, Şəki Xan Sarayının qarşısındakı bir cüt 350 yaşlı şərq çinarı, Şəki avtovağzalı qarşısındakı 500 yaşlı şərq çinarı, Babaratma kəndi kənannda yerləşmiş məşhur “Babaratma Piri”nin 900 yaşlı şərq çinarı, Qudula kəndindəki1000 yaşlı şərq çinarı, Şəki şəhəri yaxınlığındakı 400 yaşlı Səsverən Qovaq”dır.