Balakən rayonu print

Balakən rayonu inzibati vahid kimi 1930-cu ildə təşkil olunmuş, 1963-cü ildə ləğv edilərək Zaqatala rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur.

Relyefi. Baş Qafqaz silsiləsinin cənub yamaclarında, Qanıx-Həftəran vadisində yerləşir. Rayonun relyefi şimalda və şimal-şərqdə dağlıq, cənubda və cənub-qərbdə düzənlikdən ibarətdir. Baş Qafqaz silsiləsinin suayrıcında Quton, Tinov-Rosso zirvələri mövcuddur.

Geoloji quruluşuDüzənlik hissədə əsasən, Antropogen sisteminin çöküntüləri yayılmışdır. Dağlıq hissədə Yura və Tabaşir çöküntüləri üzə çıxır.

Çayları və su hövzələriƏsas çayları Balakən, Mazım , Katex və Qanıx çaylarıdır.

Landşaftları və bioloji müxtəlifliyi. İqlimi düzənlik və dağətəyi hissədə mülayim isti və yarımrütubətli (mülayim rütubətli) subtropikdir. Yüksək dağlıq ərazilərin iqlimi soyuq və rütubətlidir.
Zaqatala qoruğunun böyük hissəsi Balakən ərazisinə düşür.
Aşağı dağ-meşə qurşağında (600-1100 m) iberiya palıdı (Quercus iberica) üstünlük təşkil edir. Orta dağ-meşə qurşağında (1100-1800 m) fıstıq (Fagus orientalis) və vələs meşələri (Carpinus caucasica) yayılmışdır. Yuxarı dağ-meşə qurşağında (1800-2200 m) şərq palıdı (Quercus macranthera), trautvetter ağcaqayını (Acer trautvetteri) və tozağacından (Betula sp.) ibarət qarışıq meşələr yayılmışdır. Burada sarı rododendron (Rhododendron luteum), dərman dəfnəgilənarı (Laurocerasus officinalis), qafqaz qaragiləsi (Vaccinium arctostaphylos), giləmeyvəli qaraçöhrə (Taxus baccata), nəhəng ağcaqayın (Acer velutinum), dəvəquşulələyi qıjısı (Matteuccia struthiopteris) kimi nadir bitkilərə rast gəlinir.
Meşələrin yuxarı sərhədində tozağacı meşələrinə rast gəlinir.
Subalp kol bitkiləri rododendron (Rhodendron sp.), ardıc (Juniperus sp.) və quşarmudu (Sorbus sp.) pöhrəlikləri ilə təmsil olunur. Subalp çəmənliyi zonasında (2000 - 2600 m) əsasən subalp bitki qrupları yayılmışdır.
Alp çəmənliyi qurşağı 2200-3000 m yüksəkliyi əhatə edir. Çəmənliyin fonu taxıl biikiləri: ağbığ (Nardus stricta), topal (Festuca ovina), alp qırtıcı (Poa alpina) və işıqotu (Luzula pseudosudetica), birəotu (Chamaemelum), yalançı yonca (Trifolium dubium), cildən (Carex tristis) ibarətdir.

Alp xalısı sadə floristik tərkibə malik olur: qafqaz şaxduranı (Alchemila alpina), zəngçiçəyi (Campanula tridentata), alp pişikquyruğu (Phleum alpinum), kolpodium (Colpodium versicolor), cinotu (Minuartia aizoides).
Subnival sahələrdə (3000-3600 m) qaya və mamır, şibyə, göbələklər və tək-tək dağ-tundra bitkilərinə rast gəlinir.

Fauna. Ərazi məməliləri Zaqatala rayonu ilə eynidir. Dağçayı qızılxallısı (Salmo trutta fario) ilə zəngindir. Suda-quruda yaşayanlardan kurelin triton (Triturus karelinii), qafqaz xaçlıcası (Pelodytes caucasicus), yaşıl və qafqaz qum qurbağası (Pseudopidalea variabilis, Bufo verrucosissumus), adi ağac qurbağası (Hyla arborea), göl qurbağası (Pelophylax ridibundus), kiçik asiya qurbağasına (Rana macrocnemis) rast gəlinir. Sürünənlər faunası da kifayət qədər zəngindir: Levant irigürzəsi (Macrovipera iebetina), koramal (Pseudopus apodus), cılız koramal (Anguis fragilis): Ərazidə 4 növ kərtənkələ yaşayır: çəmən kərtənkələsi, qafqaz qayalıq kərtənkələsi, zolaqlı kərtənkələ.
Meşəlik ərazilərdəki quşlar, əsasən, sar (Buteo huteo), qara, yaşıl ağacdələn (Dryocopus martius, Picus viridis), meşə bayquşcuğu (Otus scops), adi ququ quşu (Streptopelia turtur), mcşə haçaqanadıdır. (Buteo vulpinus). Subalp qurşaqda qafqaz tetrası (Lyrurus mlokosiewiczi), bozqır çəkçəkisi (Saxicola ruberta), muymulu şahin (Falco tinnunculus), ağbaş kərkəs (Cyps fulvus) və s. quşlara rasl gəlinir.

Tarixi. Strabon qədim Balakən ərazisini "Məbədlə diyarı" adlandırır. Arxeoloji qazıntılar zamanı tapılmış qədim yaşayış məskənləri, küp qəbirlər, kurqanlar və nekropollar (Mahamalar), qədim şəhər xarabalıqları (Katex) Balakən ərazisinin qədim yaşayış məskəni olduğunu göstərir. Antik dövrdə Balakən Qafqaz Albaniyasına daxil olmuşdur. M .ə. 65-ci ildə roma və alban qoşunları arasında Alazan (Qanıx) çayı sahilində baş verən döyüşdə iştirak edən qədim yunan tarixçisi Plutarx yazır ki, "bu yerlərin əhalisi sakit təbiətli, məğrur, döyüşdə cəsarətli və cəsurdur”. Bu günə gəlib çatmış bəzi toponimlər (Hetovlar, Hunbulçay, ingiloylar) bu yerlərdə qədim hett, hun, gel, leq, Ipin tayfaların yaşadığını sübut edir.

Əhalisi. Balakən rayonu etnik tərkibi baxımından rəngarəngdir. Əhalisi əsasən azərbaycanlılar və avarlardan ibarəldir. Ərazidə ümumilikdə 27 azsaylı xalqlar və etnik qrupların nümayəndələri yaşayır. Bunlar ingiloylar, qaraçılar, saxurlar, ruslar, ukraynalılar, ləzgilər, gürcülər, tatarlar, məshəti türkləri və s. etnos nümayəndələridir.

Arxeoloji abidələriMahamaIar kəndi yaxınlığında m.ə. II-I əsrlərə aid küp qəbirlər və nekropol, orta Əsrlərə (V-VIII əsrlər) aid yaşayış yerləri. Katex kəndi yaxınlığında, Məkləkan dağında Orta Əsrlərə aid Şəhərgah xarabalıqları. Katex kəndində Sasanilər dövrünə (V-VII əsrlər) aid Böyük Sədd.

Tarixi-mədəni abidələri. Salban kəndi yaxınlığında XI-XII əsrlərə aid qədim qəbiristanlıq . Katex kəndində XIII-XV əsrlərə aid məbədlər. Tülü kəndində türbə (XIV əsr), Qədim məscidlər (Katex, XVII əsr; Mahamalar, XVIII əsr; İtitala, 1905; Kortala 1910). Hənifə kəndində məbəd (IX-XI əsrlər). Mazımqaray kəndində XVI əsrə aid məbəd. Qullar kəndində məbəd (1780). Mahamalar kəndində Hacı Murtuz Qalası (XVIII əsr). Balakən şəhəri yaxınlığında Qaraçöl-Darvazbinə ərazisində antik dövrlərə aid Darvazbinə məbədi. Balakən şəhərində bişmiş kərpicdən tikilmiş Minarəli məscid (1877). Məscidin sahəsi 1025 m’-dir. Əsas binadan ayrı tikilmiş minarənin şimal-qərb fasadında dörd yerdə qabarıq formada ərəb dilində sülh elementli nəsx xətti ilə kitabələr həkk edilmişdir.