Lənkəran rayonu print

“Lənkəran” sözü bir versiyaya görə farsca «Ləngər-kəran» - «lövbər salan» mənasını daşıyır. Liman şəhəri olduğundan buraya gəmilər yan alaraq, ləngər vurur, lövbər salırmış. Digər versiyaya görə «Lənkəran» talışca «lənəkan» sözündən yaranaraq «qamış evlər» mənasnıı daşıyır. Burada yaxın dövrlərə qədər evlərin üstünün, çəpərinin, bəzən divarlarının da qamışdan inşa edildiyini bir sıra səyyahlar da qeyd etmişlər. Üçüncü versiyaya görə bu yerlər bol yağıntılı y erlər olduğundan daim palçıqlı, hərəkətin çətinləşdiyi və ləngidiyi ərazi hesab edilirmiş və «Ləngəkəran» - «ləngidən yer» deməkdir. Onu da demək lazımdır ki, bu ərazidə «kəran» sonluqlu adlar çoxdur: Səpinəkəran, Şıxəkəran, Giləkəran, Sufridkəran, Seydəkəran və s. «Kəran» sonluğu «yer», «oba» mənasını daşıyır. Digər versiya Lənkəran sözünün «lankən» ləngimək (farsca «Iəng konət», tahşca «lanqkon») mənasını daşıdığını bildirir. Bəzi mütəxəssisiər «talış» sözünün mənasını da ərazinin bu xüsusiyyəti ilə bağlayırlar. Bu fikrə görə «talış» talış dilində - «toloş, tülüş» - torpaq, zığ sözündən yaranmışdır.

Relyefi. Rayonun səthi qərbdə dağlıq (Burovar və Peştəsər silsilələrinin cənub - şərq qurtaracaqları), şərqds ovalıqdır (Lənkəran ovalığı). Hündürlüyü 1200 m-ə qədərdir.

Geoloji quruluşuLənkəran ovalığı Kaynozoyun Dördüncü Dövrünün çay və dəniz çöküntülərindən, Talış dağları isə Üçüncü Dövrün çökmə və vulkanik süxurlarından ibarətdir.

Çayları və hövzələri. Rayon sıx çay şəbəkəsinə malikdir. Əsas çayları Vəşəru, Lənkərançay, Viravulçay, Ləkərçay, X anbulançay, B oladiçay, Alaşa, Kəncəbərudur. Lənkərançay öz başlanğıcını Kömürköy dağının yamacından (1880 m) alır. Viravulçayın mənbəyi 700 m yüksəklikdədir. Boladiçay öz mənbəyini Buravar silsiləsindən (360 m) alır.

Landşftları və bioloji müxtəiifliyi. Əsasən, podzollu-sarı və dağ-sarı torpaqlar yayılmışdır. Bitki örtüyü müxtəlifdir. Ovalıq hissədə çəmən bitkiləri üstündür. Dağlıq və dağətəyi yerlər meşələrlə örtülüdür. Bu rayon bitki örtüyünün zənginliyinə və meşəlik dərəcəsinə görə zonanın başqa rayonlarından fərqlənir. Burada ərazinin 44.1 % -i meşə ilə örtülüdür. Lənkəran meşələrində Üçüncü Dövr relikt ağac və kol bitkiləri daha çoxdur. Rayonun düzən və dağətəyi sahələrinin əsasını palıd və azat qarışıq dəmirağacı meşələri təşkil edir. Burada başqa rayonlarda rast gəlməyən qızılağac, yalanqoz, xəzər lələyi və s. cinslərdən ibarət meşə sahələri vardır. Ovalıq hissədə çəmən bitkiləri üstündür. Dağlıq və dağətəyi yerlər meşələrlə örtülüdür. Hirkan Milli Parkı ərazisinin bir hissəsi bu rayona düşür. Hirkan ərazisi Zərdüşt dininin müqəddəs kitabı olan «Avesta»da «Vrkana» (Vehrkana) formasında baş allah olan Hörmüzdün şəxsən yaratdığı «gözəl torpaqlar və ölkələr» sırasında qeyd edilir. Ərazinin III D övr relikt dendroflorasının əsası aşağıdakı nadir növlərdən ibarətdir: Buasye armudu (Pyrus Boussiriana), hirkan armudu (P.hyrcana), Qrossheym armudu (R g fv sslm m ii), budaqlı danaya (Danae racemosa), dəmirağac (Parrotia persica), giləmeyvəli qaraçöhrə (Taxus baccata), hirkan azatağacı (Zelkova hyrcana), hirkan ağcaqayını (Acer hyrcanum) hirkan bigəvəri (Ruscus hyrcanus), hirkan şümşadı (Ilex hyrcana), qafqaz xurması (Diospyrus lotus), qanadmeyvə yalanqoz (Pterocarya pterocarpa). ipək akasiya (Albizia julibrissin), məxm ri ağcaqayın (Acer velutinum), nar (Punica granatum), şabalıdyarpaq palıd (Quercus castaneifolia), şümşad (Buxus hyrcana), ürəkvariyarpaq qızılağac (Alnus subcordata), vələsyarpaq qızılağac (Zelkova carpinifolia), yunan qozu (Juglans regia).

TarixiƏrazi bəzən talış coğrafi vilayəti adlanır. M.ə. I minilikdə Xəzərin cənubunda qərbdən şərqə doğru kaspilər, kadusilər, gellər, deyləmlər və hirkanlılar məskunlaşınış, burada üç ərazi formalaşmışdır: Deyləm, Təbəristan və Gürgan. Bir çox mütəxəssislər tahş sözünün qədim Deyləmin «Tabalis» adlı ərazisindən yarandığını bildirirlər. XIX əsr görkəmli azərbaycan tarixçisi Seid Əli ibn Kazımbəy «Cəvahirnameyi - Lənkəran » əsərində yazır: «...«Qamus» kitabında talış sözü «Təyalisə» şəklində qeyd edilir. Talış Təyalis formasından ixtisara düşərək «Talıs» şəklini almış və yerə görə uyğunlaşdırılmışdır...».
Sonralar Gilan əyalətinə qatılan Talış Şah İsmayıl Səfəvi dövründə (XVI əsrin əvvəlləri) Səfəvi dövlətinin əsas əyalətlərindən biri olmuşdur. Şah İsmayıl Səfəvinin ustaclu, rumlu, şamlı, zülqədər, əfşar, qacar və ləkəli tayfalarından olan türk-qızılbaş əmirləri ilə yanaşı talış tayfasından olan Dədə bəy Talışın da adı çəkilir. I İsmayılın Gilanda olduğu dövrlərdə onun həyatını xilas etmiş Hüseyn bəy Lələ sonralar əlahəzrətin şəxsi müavini vəzifəsinə təyin olunmuş, Mövlana Şəmsəddin Gilani isə Səfəvilər dövlətinin ilk sədri - dini idarə rəhbəri olmuşdur. Şah İsmayıl Səfəvinin ulu babası - Şeyx Səfiəddin də özünün gənclik illərini Talışda keçirmiş, müəllimi Şeyx İbrahim Zahidə (1215-1300) olan ehtiramını daim saxlamışdır. Sonralar Şah hökuməti buraya bu vilayəti milliyətcə talış olan Sarı Xana bağışlayır. Əfşarlar İmperiyası (Nadir Şah) dövründə Talışı vilayət hakimi idarə edirdi. Talış xanları sülaləsinin banisi Səfəvi nəslinə mənsub olan Ərdəbilli Seyid Abbas olmuşdur. Nadir şah rəsmi fərmanla Seyid Abbası talışın nəsli hakimi elan etmişdir. 1747-ci ildən Talış digər xanlıqlar kimi müstəqil xanlıq olmuşdur.
Mir Mustafa xanın dövründə (1800) Talış Xanlığı Çar Rusiyasınm himayəsinə daxil olmuşdur. Mir Həsən xan Rusiyanm göstərişi ilə İran şahı tərəfindən zəhərlənərək öldürüldükdən sonra (1826) Talış Xanlığı ləğv edilmiş, 1840-ci ildə Lənkəran qəzası formasında mərkəzi Şamaxı olan Kaspi vilayətinə, 1859-cu ildə isə Bakı Quberniyasına qatılmışdır.

Əhalisi. Əhalinin əksəriyyətini talışlar və azərbaycanlılar təşkil edir. Azərbaycan ərazisinin Çar Rusiyası təbəliyi dövründə rusların bu ərazilərə, o cümlədən Lənkəran ərazisinə gəlməsi prosesi başlanmışdır. Lənkərana gələn koloniyalar əsasən ruslardan ibarət idi. Bunlar çar hökuməti tərəfindən dini təriqətlərinə görə sürgün edilmiş subbotniklər olmuşdur. Onlar Andreyevka (1840), Astraxanka, Novoqolskoye, Pravoslavnoye, Privolnoye (1838), Prişib (1840), Vel (1862), Pokrovka (1904) və Nikolayevkada məskunlaşmışlar.

Çempion ağacları. Ərazi təbiət abidələri, o cümlədən qocaman ağaclarla çox zəngindir. Bunlardan ən qocamanı Xolmilli kəndində, çayxana ərazisində  gövdəsinin diametri 186 sm olan 400 yaşlı azat ağacıdır (Zelkova hyrcana). Yerli əhali bu ağacı "nil ağacı’' adlandırır. Digər çempion ağaclar Lənkəran şəhərində 8 ədəd 250 yaşlı şərq çinarı (Platanus orientalis), 200 yaşlı qara qoz (Juglans nigra) ağacıdır. Bundan əlavə, Rvo kəndi yaxınlığında 3 ha sahədə yaşı 300 il olan şümşad meşəliyi (Buxus hyrcana) vardır.

Arxeoloji abidələri. İstisu qəsəbəsi yaxınlığında Tunc Dövrünə aid ‘'Yeddi Qardaş’' kurqanları (VII əsr). Haftoni kəndi yaxınlığında Tunc Dövrünə aid "Haftoni’' kurqanları (VII əsr). Gəgiran kəndi yaxınlığında antik dövrə aid Babək və Şahalakon yaşayış yerləri (III-VIII əsrlər).

Tarixi-mədəni abidələri. Cil kəndində Xəlifə türbəsi (X IX əsr). Vilən kəndində məscid (1883). Lənkəran şəhərində Hacı Mirzə Hamamı (XIX əsr), qala qalıqları (XIX əsr). Sağlaküçə kəndində Balabənd yaşayış yeri (XVII əsr). Şıxakəran kəndində Şıxakəran yaşayiş yeri (XV əsr), Şeyx Zahid türbəsi (XV əsr).