Lerik rayonu print

Talış dağları ərazisində yerləşən Lerik rayonu l930-cu  ildə təşkil edilmiş, 1938-ci ilədək Zuvand rayonu adlanmışdır.

Relyefi. İranla sərhəd boyu Talış silsiləsi, bundan şimalda Peştəsər silsiləsi, ərazinin şimalında isə Burovar silsiləsi uzanır. Talış və Peştəsər silsilələri arasında Zuvand (Diabar) çökəkliyi yerləşir. Ən yüksək zirvələri Talış silsiləsindəki Kömürköy (2492 m) və Qızyurdudur (2433 m).

Geoloji quruluşuƏsasən, Paleogenin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur.

Çayları və su hövzələriƏsas çayı Lənkəran (Konjavu, Ləmər qolları) və Viləşçayın sağ qolu olan Şərətük çayıdır. Lənkərançay başlanğıcını Talış silsiləsindən Kömürköy dağının yamacından (1880 m) götürür və birbaşa X əzərə tökülür.

Landşaftları və biomtüxtəlifliyi. Dağ-sarı, qonur və qismən qəhvəyi dağ-meşə, çimli dağ-çəmən torpaqlan yayılmışdır. Yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqlimi, həmçinin yayı quraq keçən mülayim-isti iqlim üstünlük təşkil edir.

Bitki örtüyü, əsasən, kollu və seyrək meşəli çəmənlərdən və dağ meşələrindən (palıd, vələs, fıstıq) ibarətdir. Dağlıq kserofıl (friqanoid) bitkiləri və qismən subalp çəmənləri vardır.

Rayonun ərazisi dağ və dərələrdən ibarətdir. Bitki örtüyünün zənginliyinə görə başqa rayonlardan xeyli fərqlənir. Meşə ilə örtülü sahə 31517 ha olub ərazinin 14.4%-ni təşkil edir. Məhsuldar meşələri şərq fıstığı (Fagus orientalis), qafqaz vələsi (Carpinus caucasica), şabalıdyarpaq palıd (Quercus castaneifolia), dəmirağac (Parrotia persica), azatağac (Zelkova sp.) və onların qarışıqlarıdır. Lerikin quraqlıq Zuvand zonasında dəniz səviyyəsindən 1400-2000 m yüksəklikdə, əsasən, dağ-kserofit və bozqır, çəmən-bozqır bitkiləri yayılmışdır. Burada Kəlvəz və Göydərə kəndləri arasında 1600-1800 m yüksəkliklərdə Qalaca dağında, Babadcn dərəsində, ‘"Qurdyuvası" ərazisində qrup halında badam (Amugdalis sp.), dovşanalması (Cotoneaster sp.), yemişan (Crataegus sp.), pallas murdarçası (Rhamnus pallasi), itburnu (Rosa sp.) kollarına rast gəlinir. Ot bitkilərindən ərazidə gəvən (Astragalus sp.) acılıq (Ephedra sp.), yovşan (Artemisia sp.), kəklikotu (Thymus sp.), ağbığ (Nardus sp,), məryomnoxudu (Teucrium sp.), boymadərən (Achiliea sp.), şiyav (Stipa sp.) daha çox yayılmışdır.

Əhalisi. Lerik rayonunun əhalisinin etnik tərkibi azərbaycanlılar və talışlardan ibarətdir.

Arxeoloji abidələri. Veri kəndi yaxınlığında Son Tunc Dövrünə aid (m .ə. II minilliyin II yarısı) zəngin arxeoloji materiallara (tunc qılınc və xəncərlər, ox və nizə ucluqları, qara gil qablar, qızıl lövhəcikli asmalar) malik daş qufu qəbirlər və kiçik kurqanlardan ibarət qəbiristan. Şingədulan kəndi yaxınlığında küp qəbirlər nekropolu, antik dövrə aid qız qalası. Noda kəndi yaxınlığında Noda antik dövr yaşayış yeri. Lerik yax ınlığında Dədə Maqsud qədim qəbiristanlığı, Cabir türbəsi. Orand kəndi yaxınlığında Baba Peyda türbəsi. Büzeyir kəndi yaxınlığında Daş Dövrünə aid büzeyir mağaraı. Qosmaliyan kəndi yaxınlığında Tunc və Dəmir Dövrlərinə aid Qızyurdu yaşayış yeri, Hiveri nekropolu.

Tarixi abidələriKələxan yaxınlığında Orta Əsrlərə aid qədim qəbiristan ("Hüseynvənd Qabağı"). Mondigah kəndi yaxınlığında Mondigah yaşayış yeri (XIII-XIV əsrlər). Çayrud kəndi yaxınlığında Gündəb türbəsi. Mistan kəndi yaxınlığında Mistan yaşayış yeri (XV-XVI əsrlər).

Uzunömürlülər muzeyi.  Dünyada yeganə olan bu muzey Lerikdə I991-ci ildən fəaliyyət göstərir. BMT-nin siatistikasına görə yaşı 90 ildən yuxarı oian insanlar uzunömürlü sayılır. Lerik və onun yüksək dağ kəndlərində 1989-cu ildə əhalinin siyahıya alınması zamanı burada 200-dən çox yaşı 100 ildən çox və ona yaxın olan sakin müəyyən edilmişdir. 0 zaman onlar içərisində ən uzunömürlü Bobogil kəndindən olan Şəmsə İbadova idi. Siyahıya alınma zamanı onun 137 yaşı vardı. Muzeyin salonlarında yaşı 100 ildən yuxarı olan 50-dən çox lerikli haqqında 1100-don çox eksponat vardır. Burada planetin ən uzunömürlüləri olan Şirəli Müslümov (1805-1973), Mahmud Eyvazov (1808-1960), Məcid Ağayev (l835-1978), Məhbubə Fətullayeva (1898-2011) və s. insanlar haqqında guşələr mövcuddur. Buradakı 40 ədəd nadir muzey fotoşəkilləri fransız fotoqrafı Frederik Laşopa məxsusdur. Dövlət Statistika Komitəsinin raqəmlərinə görə 2007-ci ildə respublikada yaşayan 8 mln. 53.7 min nəfərin 2307-si uzunömürlü olmuşdur. Bunlardan 2078-i qadın, 229-u isə kişi idi. Yaşı 131 və yuxarı olanların hamısı qadın olmuşdur.