Biləsuvar rayonu print

1939-cu ildə təşkil edilmişdir. 1963-ci ildə ləğv edilərək ərazisi İmişli rayonuna verilmişdir. 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur.
Relyefi. Rayon ərazisi Mil düzünün cənub-qərbində yerləşir. Səthi şimal-şərqə və şərqə tərəf meylli düzənlikdir. Ərazinin şimal hissəsi okean səviyyəsindən aşağıdadır.
Geoloji quruluşu. Əsasən, Antropogen çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri. Rayonun şimal-şərq hissəsindən Kür, cənub-şərq hissəsindən Araz çayı axır.
Landşaftları və bioloji müxtəlifliyi. Yayı quraq keçən mülayim-isti və quru-çöl iqlimi hakimdir. Ərazidə boz və çəmən-boz torpaqlar yayılmışdır. Florası yarımsəhra və səhra tiplidir. Bunlar, əsasən, süpürgəvari çoğan (Gypsophila paniculata), cil (Bolhoschoenus maritimus), daziçiçək keçialaci (Reaumuria cistoides), tikanlı şoıangə (Salsolcı tragus), əvəlik (Rumex sp.), skabioza (Scabiosa plumosa), adaçayı (Salvia verbenaca), zəhərli qaymaqçiçəyi (Ranunculus sceleratus), qışotu (Petrosimonia brachiata), qara-şoran (Halocnetnum strobilaceum), ilişən (Caucalis lapppula), qazayağı (Falcaria vulgaris), şahsevdi (Halostachys sp.), əzgən (Kochia prostrata), cincilə (Spergularia sp.), sünbüllü bağayarpaqçiçək (Psyllostachis spicata) ibarətdir.
Kollardan acılıq (Ephedra sp.), iti cığ (Juncus acutus), yulğun (Tamarix sp.), alovlu gəvən (Astragalus igniarius) yayılmışdır.
Faunası canavar (Canis lupus), adi tülkü (Vulpes vulpes), çaqqal (Canis aureus), boz dovşan (Lepus europaeus), qaban (Sus scrofa), çöl pişiyi (Felis libyca), qırmızıquyruq qum siçanı (Meriones libycus), Kiçik Asiya qumsiçanı (Meriones tristrami), Levant irigürzəsi (Macrovipera lebetina), qırqovul (Phasianus colchicus), bəzgək (Tetrax tetrax), flaminqo (Phoenicopterus roseus), qutan (Pelecanus onocrotalus), turac (Francolinus francolinus), qamışlıq belibağlısı (Circus aeruginosus), qızılı qızlarquşu (Merops apiaster), suriya sarımsaqiyli qurbağası (Pelobates syriacus) və s. canlılardan ibarətdir.
Arxeoloji abidələri. Muğan düzündən başlayan Govurarx qədim suvarma kanalı. Sasanilər dövründə tikilmiş bu arxın kənarında Çöl- ağdam, Şəhriyar, Qalayeri, Adsız qala, Nərgiztəpə kimi qədim yaşayış məskənləri tapılmışdır. Səmədabad kəndi yaxınlığında Dəmir Dövrünə aid Şəhriyar qalası ərazisi. Biləsuvar şəhəri yaxınlığında orta əsrlərə aid içəri Ağdam yaşayış yeri. Amankəııd yaxınlığında Dəmir Dövrünə aid Ceyrantəpə kurqanı. Təzəkənd yaxınlığında Tunc Dövrünə aid Qoşatəpə kurqanları.