Ucar rayonu print

Ucar rayonunun adının qədim Şirvanda yaşamış “Uçar” tayfasının adından götürüldüyü ehtimal edilir.
1939-cu ildə təşkil edilmiş Ucar rayonu, əvvəllər Göyçay qəzasının, sonradan Göyçay rayonunun tərkibində olmuşdur.
Relyefi. Rayon ərazisi, əsasən, Kür-Araz ovalığında, Şirvan düzündə yerləşir. Səthi ovalıqdır. Ərazinin şimal və cənub-şəıq hissəsi okean səviyyəsindən aşağıdadır.
Geoloji quruluşu. Antropogen çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri. Əsas çayları Göyçay və Türyan (Qarasu) çaylarıdır. Türyançay, Tikanlıçay, Ağçay (Qalaçay), Buıııçay və Dəmiıaparan çaylarının qovuşmasından yaranır. Əsas çay kimi götürülən Tikanlıçay öz mənbəyini Bazardüzü dağının cənub-qərb yamacından (3680 m) götürür. Çayın 10 qolu vardır. Göyçay çayı Lahıc dağ sistemindən - Kovdağın qərb yamacından (1980 m) başlayır. Çayın 10 qolu vardır.
Landşaftları və bioloji müxtəlifliyi. Ərazinin iqlimi yayı quraq keçən mülayim-isti yarımsəhra və quru-çöl iqliminə aiddir. Boz-çəmən torpaqları yayılmışdır.
Bitki örtüyü, əsasən, ovalıq və yarımsəhra tiplidir. Tuqay meşələrinin qalıqları vardır. Flora və faunası Kürdəmir rayonu ilə demək olar ki, eynidir.
Arxeoloji abidələri. Bərgüşad kəndi yaxınlığında m.ə. II əsrə aid Qaratəpə, Qıztəpə, Adsıztəpə yaşayış yeri. Küp qəbirlər küpün böyüklüyünə, ölünün arxası üstdə qoyulmasına, istiqamətinə görə Azərbaycan ərazisindəki digər küp qəbirlərdən fərqlənir.