Tərtər rayonu print

1920-ci ildə Cavanşir qəzası nəzdində Tərtər sahəsi yaradılmışdır. 1922-ci ildə adı dəyişdirilərək Cavanşir sahəsi adlandırılmışdır. 1923-cü ildə Ağdam qəzasının, 1929-cu ildə Qarabağ dairəsinin tabeliyində olmuşdur Tərtər 1930-cu ildə təşkil edilmişdir. 1949- cu ildən bolşevik inqilabçı Mirbəşir Qasımovun şərəfinə Mirbəşir rayonu adlanırdı. 1963-cii ildə ləğv edilərək Bərdə rayonuna verilmiş, 1965-ci ildə yenidən bərpa edilmişdir. 1992-ci ildən əvvəlki adı bəıpa edilmişdir.
1992-ci ildə Ağdərə rayonu (keçmiş Mardakert) ləğv edilərək həmin rayonun Ağdərə qəsəbəsi və 28 kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. 7 iyul 1993-cü ildən Ağdərə şəhəri və rayonun bir çox kəndləri ermənilər tərəfindən işğal edilmişdir.
Relyefi. Kür-Araz ovalığının qərb hissəsində yerləşərək səthi düzənlik və qərbdən şərqə doğru meyilli- dir. Səthi, əsasən, dağlıq, şərqdə isə düzənlikdir (Qarabağ düzü). Qərbdə Murovdağ silsiləsi uzanır.
Geoloji quruluşu. Antropogen çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri. Əsas çaylari Tərtərçay, İncəçay və Xaçınçaydır.
Landşaftları və bioloji müxtəlifliyi. Dağlıq ərazilərdə dağ-şabalıdı, qəhvəyi dağ-meşə, qonur dağ-meşə, dağ-çəmən, aranda şabalıdı, boz və çəmən-boz torpaqları yayılmışdır. Ərazinin iqlimi qışı quraq keçən mülayim-isti yarımsəhra və quru-çöl iqliminə uyğundur. Yovşanlı-şoranotlu yarımsəhralar, seyrək kollu çəmənliklər yayılmışdır. Meşə sahələri də vardır. Subalp və alp çəmənlikləri vardır. Meşələrində palıd (Quercus sp.), şərq fıstığı (Fagus orientalis), qafqaz vələsi (Carpinus caucasica), ardıc (Juniperus sp.) və s. ağaclara rast gəlinir. Ərazinin cənub-şərq hissəsində ot bitkiləri yayılmışdır.
Ağdərə ərazisində, Tərtərçayın hövzəsində 5.0 ha sahədə fıstıq və palıdla qarışıq şərq çinarı (Platanus orientalis) meşəliyi mövcuddur. Ərazi zəngin faunaya malikdir. Burada məməlilərdən canavar (Canis lupus), qonur ayı (Ursus arctos), avropa cüyürü (Capreolus capreolus), porsuq (Meles meles), qaban (Sus scrofa), çöl pişiyi (Felis silvestris), vaşaq (Lynx lynx), çaqqal (Canus aureus), adi tülkü (Vulpes vulpes), ağdöş kirpi (Erinaceus concolor), hind tirəndazı (Hystrix indica) və s. növlərə rast gəlinir. Quşlardan turac (Francolinus francolinus), qayalıq kəkliyi (Alectoris chukar), boz kəklik (Perdix perdix), bozqır qartalı (Aquila nipalensis), bozqır muymulu qızılquş (Falco naumanni), Leşcil ağqartal (Neophron percnopterus), ağbaş kərkəs (Gyps fulvus), arıquşaoxşar bığlıca (Panurus biarmicus).
Arxeoloji abidələri. Xoruzlu kəndi yaxınlığında Tunc və Dəmir Dövrlərinə aid Xoruzlu kurqanları. Borsunlu kəndi yaxınlığında Tunc və Dəmir Dövrlərinə aid Borsunlu kurqanları. Dəmirçilər kəndi yaxınlığında Tunc və Dəmir Dövrlərinə aid Dəmirçilər kurqanları. Evoğlu kəndi yaxınlığında Tunc Dövrünə aid Böyüktəpə, Qurdtəpə, Çaqqaltəpə kurqanları. Azad Qaraqoyunlu kəndi yaxınlığında Tunc və Dəmir Dövrlərinə aid yaşayış yeri. Hüseynli kəndi yaxınlığında Tunc Dövrünə aid Hüseynli vo Sayadtəpə kurqanları.
Tarixi-mədəni abidələri. Çıraqlı kəndi yaxınlığında alban məbədi (718). Talış kəndində Urek məbədi (1236). Suqovuşan kəndində kilsə (1898). Evoğlu kəndi yaxınlığında orla əsrlərə aid Güllüləpə yaşayış yeri.