Laçın rayonu print

Laçın rayonu 1930-cu ildə təşkil edilmişdir. Əhalinin etnik tərkibi, əsasən, azərbaycanlılardan ibarətdir. Bəzi kəndlərdə kürdlər yaşayırdılar. 18.05.1992-ci il tarixində ermənilər tərəfindən işğal edilmişdir.
Relyefi. Səthi, əsasən, dağlıqdır. Rayonun şərqində Qarabağ silsiləsinin cənub-şərq yamacları, şimalında Mıxtökən silsiləsi yerləşir. Ərazinin cəııub-qərb hissəsində Qarabağ yaylası yerləşir. Rayonun ən yüksək nöqtəsi Qızılboğaz dağı (3594 m) hesab olunur.
Geoloji quruluşu. Yura və Antropogen çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri. Mineral bulaqlarla çox zəngindir. Əsas çayı Həkəri, Şəlvə və Piçənis çaylarıdır. Həkəriçay 950 m yüksəklikdə Şəlvə və Hoçazsu çaylarının qovuşmasından yaranır. Çayın 15 qolu var. Şəlvəçayın mənbəyi Mıxtökən silsiləsində 2580 m yüksəklikdə yerləşir.
Landşaftları və bioloji müxtəlifliyi. Əsason, çimli dağ-çəmən, qəhvəyi dağ-meşə və karbonatlı dağ-qara torpaqları yayılmışdır. Bitki örtüyü kollu və seyrək meşəli çəmənliklərdən, enIiyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq), subalp və alp çəmənliklərindən ibarətdir. Alçaq dağlıq əraziləridə seyrək ardıc meşəlikləri vardır. Laçın rayonu təbiəti mürəkkəb flora tərkibinə malikdir. Bırada ərazinin 16% meşələrlə örtülüdür. Əsas meşə əmələ gətirən cinslər palıd, vələs, cökə, ağcaqayın, göyrüş, qoz, ardıc və s. cinslərdir.
Laçın rayonu meşələrində bir çox dərman əhəmiyyətli ağac və kollar yayılmışdır. Alxaslı, Kamallı, Köhnəkəııd, Qışlaq, Ağbulaq, Minkənd, Mirik, Buzlu, Quşçu, Əhmədli və Alpout kəndləri ətrafındakı kolluqlarda zirinc (Berberis sp.), sumaq (Rhus sp.), sarağan (Cotinus sp.), murdarça (Rhamnus sp.) bitir. Geniş sahələrdə çaytikanı (Hippophae rhamnoides) kolluqları yayılmışdır. Laçın rayonunda meşələrin ümumi sahəsi 33.000 ha-dır. Bu meşələrin dendroflorası, əsasən, iberiya palıdı (Quercus
iberica) və şərq palıdı (Q. macranthera), qafqaz vələsindən (Carpinus caucasica) ibarətdir. Burada Həkəriçayın dik yamaclarında dəniz səviyyəsindən 1000-1100 m yüksəkliyə qədər çoxmeyvəli ardıc (Juniperus polycarpos) və kəskiniyli ardıc (J.foetidissima), saqqızağac (Pistacia mutica), söyü iyarpaq armud (Pyrus salicifolia), dəmirqara (Carpinus orientalis) növlərindən ibarət ağaclıqlar yayılmışdır. Bu meşələrin tərkibində bəzən tək-tək iberiya palıdı (Q. iberica), dağdağana (Celtis sp.) və göyrüşə (Fraxinus sp.), çöl ağcaqayını (Acer campestre), iberiya ağcaqayını (Acer iberica) təsadüf olunur. Digər yamaclıq ərazilərdə yemişan (Crataegus sp.), əzgil (Mespilus germanica), dovşanalması (Cotoneaster sp.), doqquzdon (Lonicera sp.), topulqa (Spiraea sp.), qaratikan (Paliurus spina-christi), qırmızı ardıc (J.rufescens), cırtdan ardıc (J.pygmala) bitir.
Orta dağlıq zonada şərq palıdı (Q.macranthera) çox vaxt sırf, bəzən qafqaz vələsi (C.caucasica) ilə qarışıq meşəlik yaradır. Belə meşələrin tərkibində tək-tək və qrup halında yaşı 250-300 olan iri gövdəli nəhəng ağaclar vardır. Piçəniş çayı və onun qolu olan Nağdalıçay, həmçinin Şəlvəçayın yuxarı axını yamaclarında, dəniz səviyyəsindən 1600-2000 m yusəklikdə möhtəşəm palıd ağacları mövcuddur. Onların diametri 120-150 sm-ə çatır. Yalnız Piçəniş çayının sağ sahilində Cidalar dağının şimal-şərq yamacında 100 ha yaxın sahədə xarakterik, nisbətən təbii halda palıd meşəsi vardır. Bu palıd meşəliyinin tərkibində çoxlu miqdarda vələs (Carpinus sp.) və çökə (Tilia sp.) bitir. Minkənd çayının sol sahilində kəndə gedən yolun üstündə 40-a yaxın innab (Zizyphus sp.) kolları vardır. Bu respublikanın meşə zonalarında yeganə sahədir. Qoç fiqurlarının geniş yayıldığı bu ərazi qədim qəbiristanlıq sahəsidir. Yolun aşağı hissəsində 100-ə yaxın innab vardır. Onların arasında seyrək şəkildə qaratikan (Paliurus spina-christi), dovşanalması (Cotoneaster sp.) və doqquzdon (Lonicera sp.) kollarına rast gəlinir. Laçın rayonunun yüksək dağlıq zonasında subalp və alp çəmənləri geniş sahə tutur. Bu çəmənlərdə şaxduran (Alchemilla sp.), yonca (Medicago sp.) növləri, cil (Carex sp.), qırtıc (Poa sp.), unutmaməni (Myosotis sp.), qaymaqçiçək (Ranunculus sp.), topal (Festuca sp.) və s. növlər bitir.
Fauna. Laçın rayonu zəngin faunaya malikdir. Burada qonur ayı (Ursus aretos), canavar (Canis lupus), adi tülkü (Vulpes vulpes), çaqqal (Canis aureus), qayakeçisi və ya bezoar keçi (Capra aegagrus), cüyür (Capreolus capreolus), qaban (Sus erofa), iran sincabı (Sciurus anomalis), süleysin (Glis glis), sürünənlərdən müxtəlif növ kərtənkələlər, qafqaz kələzi (Laudakia caucasica), ciıiz koramal (Anguis fragilis) və s. :anlılara rast gəlinir. Quşlardan boz çiltoyuq və ya kəklik (Perdix perdix), qırqovul (Phasianus colchicus), turac (Francolinus francolinus), qumru (Streptopelia turtur), yırtıcı quşlardan ağbaş kərkəs (Gyps fitlvus), bozqır belibağlısı (Circus macrourus), böyük qırğı (Accipiter gentilis), bozqır qartalı (Aquilla nipalensis), saqqallı quzugötürən (Gypaetus barbatus) və s. növlər vardır. Qaragöl Dövlət Təbiət Qoruğu və Laçın Dövlət Təbiət Yasaqlığı bu ərazidədir. Keçən əsrin 80-ci illərinin hesabatlarına görə burada təqribən 400 baş dağkeçisi, 500 baş cüyür, 400 baş qaban, 800 turac, 2500 kəklik olmuşdur.
Geoloji təbiət abidələri. Ərazi şəlalələr, narzan tipli mineral bulaqlar, karst mağaraları kimi geoloji təbiət abidələri ilə çox zəngindir. Laçın rayonunda 30-a yaxın karst mağarası mövcuddur. Mişni kəndi yaxınlığındakı Ofeliya mağarası, Mişni kahaları. Hoçaz kəndi yaxınlığında Keşiş evi. Qankaha kəndi yaxınlığında kaha. Caqazur kəndi yaxınlığında Qara Kaha. Malbəyli kəndi yaxınlığında Şirşirin Kahası. Kosalar kəndi yaxınlığında Dəvə Kahası, Hacılı Kahası. Sadınlar kəndi yaxınlığında Qaranlıq Kaha və Sulukaha. Cicimli kəndində Əjdaha Kahası. Qaraqışlaq kəndi yaxınlığında Məmmədcəfər Kahası. Mirik kəndi yaxınlığında Qaranlıq Kaha. Qarıqışlaq kəndi yaxınlığında Qızılqaya Kahası mağaralar sistemi. Qalaça kəndi yaxınlığında Nərdivan Kahası və s.
Arxeoloji abidələri. Abdallar kəndində Dəmir Dövrünə aid qədim qəbiristanlıq və qutu qəbirlər. Güləbird kəndində Dəmir Dövrünə aid Qızqəbri kurqanları.
Tarixi-mədəni abidələri. Hoçaz kəndində mağara məbəd (V əsr). Kosalar kəndində Ağoğlan qəsri (IX əsr). Aşağı Fərəcan kəndində qədim qəbiristanlıq (X əsr). Pircan kəndində Govur qalası (XI əsr). Qarışıqlar kəndində Dəmirovlu pir məbədi (XI əsr). Zeyvə kəndində Soltan Əhməd və Soltan Baba türbələri (XIV əsr). Cicimli kəndində Malik Əjdər türbəsi (XIV əsr). Mirik kəndində məbəd (XV əsr). Quşçu kəndində bulaq (XV əsr). Bozlu kəndində Xaçın yalı, Xaçın daşı (XV əsr). Güləbird kəndində tlirbə (XV əsr). Zabux kəndi yaxınlığında Sümüklü və Xallanlı qəbiristanlıqları (XVI əsr). Ərikli kəndində Qarasaqqal türbəsi (XVI əsr). Piçənis kəndində məbəd (XVII əsr). Malxələf kəndində Xəlifə türbəsi (XVII əsr). Güləbird kəndində Sarı Aşıqğın qəbri (XVII əsr). Hüsülü kəndində Həmzə Soltan sarayı (1761). Abdallar kəndində körpü (XVIII əsr). Pircahan kəndində körpü (XIX əsr). Minkənddə ikitağlı körpü (XIX əsr).