Samux rayonu print

İnzibati mərkəzi Nəbiağalı olan Samux rayonu 1930-cu ildə yaranmışdır. Samux 1954 ildə Səfərəliyev rayonu (sonralar Xanlar rayonu, hal-hazırda Göy-göl rayonu) ilə birləşdirilmişdir. 1990-cı ildə yenidən müstəqil rayon olmuşdur. 2008-ci ildə Azərbaycan Milli Məclisinin qərarı ilə Samux rayonunun Kolayır kəndi və Nəbiağalı qəsəbəsi birləşdirilərək Samux şəhəri yaradılmışdır.
Samuxun tarixi və adının mənşəyi haqqında müxtəlif fikirlər mövcuddur. Bir versiyaya görə “samux” sözü qədim alban dilində “ov üçün meşəlik yer" mənasını verir. Ərazi antik dövrlərdə Qafqaz Albaniyasının tərkibində olmuşdur (Kambisena). XVIII əsrdə Samux Gəncə xanlığının dörd vilayətindən biri idi.
Relyefi. Rayonun ərazisi, əsasən, düzənlikdən və boz dağ massivinə aid olan çox da hündür olmayan dağ silsiləsindən ibarətdir. Şimal hissəni Palantökən və Xocaşen silsilələri tutur. Şərq hissəsi Mingəçevir su anbarı və Ceyrançöl düzüdür. Ən hündür zirvəsi Elləroyuğu dağıdır (595 m).
Geoloji quruluşu. Yura, Tabaşir Neogen vo Antropogen çöküntülər yayılmışdır.
Çayları və su hövzələri. Rayor ərazisindən Kiir, Qabım, Qanıx Gəncə və Quşqara çayları keçir. Mineral bulaqlarla zəngindir (Sərkar kəndində Zəhra bulağı, Nəbiağalı kəndində Xırmansuyu bulağı və s.).
Rayonun ərazisində “Eldar şamı" Dövlət Təbiət Qoruğu yerləşir. Bu qoruq məşhur eldar şamının qorunub saxlanması və öyrənilməsi məqsədilə уaradılmışdır. Buradakı təbii eldar şamı (Pinus eldarica) meşəliyinə dünyanın heç bir yerində rast gəlinmir.

Landşaftları və bioloji müxtəlifliyi. Ərazinin iqlimi mülayim isti yarımsəhra və quru-bozqır iqlimidir. Rayon quru kontinental iqlim şəraitinə malik olduğundan buranın bitki örtüyü, əsasən, bozqır və yarımsəhra tiplidir.
Ərazinin şimal-şərq hissəsi yüksək endemizmi ilə seçilən Elləroyuğu silsiləsindən ibarətdir.
Elləroyuğu ərazisinin ən nadir və qiymətli incisi eldar şamıdır (Pinus eldarica). Bu ağac təbii stres şəraitini asanlıqla dəf edir: İsti və quraqlı yay, quru qış, minimum rıitubətlik, kəskin temperatur fərqi. O, tamamilə qeyri-münbit torpaqlarda, hətta qayalıqlarda belə bitir. Eldar şamı çox zəif inkişaf edən ağaclardandır. Buradakı ağacların bəzilərinin yaşı 1000 ildən çoxdur. Ağacların orta hündürlüyü 10-15 m, maksimal diametri 40-50 sm-dir. Elləroyuğu silsiləsinin meşə örtüyü özünəməxsus qanunauyğunluğa malikdir. Eldar şamı burada ardıc (Juniperus sp.) ağac növləri ilə bitərək arid tipli seyrək meşəlik yaradır. Tək-tək saqqızağaca (Pistacia mutica) rast gəlinir.
Şam-ardıc meşəliyinin birinci yarusunu tutur, ikinci yarusunda isə ardıclar - çoxmeyvəli ardıc (J.polycarpos) və kəskiniyli ardıc (J.foetidissima) yerləşir. Bəzən bozqır yaylanın endem növü olan eldar armuduna da (Pyrus eldarica) rast gəlinir.
Eldar şamının təbii yayıldığı ərazi səhra, yarımsəhra və bozqırlardan təşkil olunmuşdur. Burada kserofil kollar üstünlük təşkil edir. Onlardan dovşanalması (Cotoneaster sp.), qaratikan (Paliurus spina-christi), acılıq (Ephedra sp.), Pallas murdarçası (Rhamnus palIasii), xırdayarpaq albalı (Cerasus angustifolia), uzunsov ardıc (J.oblonga), gəvən (Astragalus sp.) növlərini göstərmək olar.
Elləroyuğu dağının şimal yamacının aşağı hissəsində yovşan (Artemisia sp.) və yovşan-biyan yarımsəhrası Qabırrı çayının ətrafındakı tuqay meşəsinə keçir. Həmin sahədə, çayın sağ sahili boyu sıx yulğun və zirinc kolları fonunda 30-50 illik cavan saqqız ağacları bitir.
Qabırrı çayı boyu tuqay meşələri Mingəçevir su anbarına qədər yayılır. Burada saqqızağac meşələri üstünlük təşkil edir. Ağyarpaq qovaq (Populus hybrida) meşələri, əsasən, çaya bitişik sahələri tutur. Ona söyüd (Salix sp.) ağacları da qarışır. İydə (Elaeagnus sp.), qarağac (Ulmus sp.), yemişan (Crataegus sp.), böyiirtkan (Rubussp.) ağac və kol növlərinə rast gəlinir. Tuqay meşələri ətrafındakı ərazilərdə və çayın sağ sahillərində Palantökən silsiləsinin ətəklərində və dərə hissəsində tək-tək iri gövdəli saqqızağacları bitir.
Samux rayonunda Kürün Yenikənd anbarına töküldüyü yerdə 700 ha-ya qədər tuqay meşələri vardır. Meşə örtüyü, əsasən, ağyarpaq qovaq, söyüd, saqqızağac, uzunsaplaq palıd ağaclarından və yulğun kolluqlarından ibarətdir. Çay sahili boyu ərazilərdə ağyarpaq qovaq və söyüd üstünlük təşkil edən meşəliklər yayılmışdır. Burada sahildən uzaqlaşdıqca üstünlük saqqızağaca, bəzən isə uzunsaplaq palıda keçir. Seyrək saqqızağac meşəsinin altında və ətraf ərazilərdə qaratikan üstünlük təşkil edən kolluqlar yayılmışdır. Belə sahələrdə otlardan yovşan (Artemisia sp.) və dəvətikanma (Alhagi pseudoalhagi) daha çox rast gəlinir.
Geoloji abidələri. Əli-Bayramlı kəndində müalicəvi istisu. Sərkar kəndində müalicəvi Zəhra bulağı. Nəbiağalı kəndində kükürdlü müalicəvi Xırmansuyu bulağı.
Çempion ağacları. Samux əfsanələr diyarı olmaqla bərabər buradakı kənd adları Azərbaycanın etnik salnaməsinin bir parçasıdır. Çox güman ki, Lək kəndi antik alban tayfa ittifaqına daxil olmuş leqlərin, Kəsəmən, Salahlı kəndləri qıpçak- türk tayfalarından olan kenqlərin (kenq-er), Tatlı kəndi qədim Sasanilər dövründən zərdüştiliyi yaymaq və imperiyanın şimal sərhədlərini qorumaq məqsədi ilə buraya köçürülmüş irandilli tayfaların, Çobanabdallı, Əhmədbəyii, Ziyadlı kəndlərinin adları oğuz-türk tayfalarının adları ilə bağlıdır.
Nəinki Azərbaycanın, Qafqazın ən nadir və çox yüksək bəşəri əhəmiyyətli irsi dəyərə malik olan təbiət abidələrindən biri məhz Samux rayonunun Kolayır kəndində yerləşən qocaman şərq çinarıdır (Platanus orientalis). El arasında “Düldülü çinar” adlanan, pir kimi ziyarət edilən, gövdəsinin diametri 8-10 m, hündürlüyü 45 m olan bu ağacın təxminən 1600 yaşı vardır. Bu ad islam aləminin ən müqəddəs və ali şəxsiyyətlərindən biri, Ərəb Xilafətinin dördüncü xəlifəsi, İslamın şiə təriqətinin (isnə-əşəriyyə) banisi Əli ibn Əbu Talibin atının adı ilə bağlıdır. Əfsanəyə görə İmam Əli ibn Əbu Talib "Düldül" adlı atını bu ağaca bağlamışdır. Böyük İmamın bu ərazilərdə olmasını tarix təsdiq etməsə də xronoloji fakt sübut edir ki, Məhəmməd Peyğəmbərdən yaşlı olan bu ağacın təvəllüdü təxminən V əsrin ortalarına düşür. Çox güman ki, bu əfsanə İmam Əlinin İslam aləmindəki böyük nüfuzunun nəticəsində yaranmışdır. İmam Əlinin adı ilə bağlı olan, müqəddəs sayılan bir sıra yerlər nəinki Qafqazda, hətta Orta Asiyada və Hindistanda da mövcuddur.
Ağac 15 əsrlik yaşa malik olmasına baxmayaraq hələ də inkişafda olub yüksək məhsuldarlıq qabiliyyətinə malikdir.
Arxeoloji abidələri. Nəbiağalı kəndi yaxınlığında diametri 10-20 m, hündürlüyü 1-1.5 m olan Tunc Dövrünə aid kurqanlar. Çobanabdallı kəndində Son Tunc Dövrünə aid kurqanlar.
Tarixi-mədəni abidələri. Zazalı kəndində imamzadə türbəsi (VIII əsr). Zazalı kəndi yaxınlığında antik dövrə aid məbəd. Çoban Abdallı kəndində VI-VII əsrlərə aid “Abdal” pir ocağı, “İlanpiri ocağı” (XVII əsr), “Abdal” körpüsü (XIX əsr). Qarasaqqal kəndində Şəhərburnu yaşayış yeri, türbə. Qarayeri qəsəbəsində almanlar tərəfindən tikilmiş zirzəmi (1895). Samux qəsəbəsi yaxınlığında XIII-XV əsrlərə aid “Gil tikintisi”. Çobanabdallı kəndində “Narlı qoruq” (XIII əsr), “Dinaraq” (XV əsr) yaşayış yerləri. Zazalı kəndində XIV-XVI əsrlərə aid kəhrizlər: Kor arxı, Qızıl Hacılı arxı, Xan arxı, Karxana arxı, Arazbar, Şatır arxı, Xanlıq, Çölək arxı.