Gədəbəy rayonu print

Əsasən, dağlıq rayon olan Gədəbəy rayonu 1930- cu ildə təşkil edilmişdir. Relyefi. Gədəbəy rayonu Kiçik Qafqazın orla və yüksək dağlıq qurşağında yerləşir. Rayon ərazisi Şahdağ silsiləsinin şimal yamacını, Başkənd-Dəstəfur çökəkliyinin və Şəmkir dağ massivinin bir hissəsini əhatə edir.
Geoloji quruluşu. Yura, Tabaşir, Paleogen və Antropogen çöküntüləri yayılmışdır. Qranitlə zəngin meta- morfik süxur olan gədəbəyit ilk dəfə (1903) Gədəbəy mis-kolçedan yatağında öyrənilmişdir.
Çayları və su hövzələri. Çay şəbəkəsi sıxdır. Mormor, Turşsu, Koroğlu, Şahzadə, Narzan, Böyük Bulaq və s. mineral və süfrə su bulaqları ilə zəngindir. Əsas çayları Axınca, Zəyəm, İnəkboğan, Babacan, Şəmkir, Gədəbəy, Cəhri və s. çaylardır. Tranzit çay olan, 12 qollu Axınca öz mənbəyini Kiçik Qafqazın Keçəldağ silsiləsinin Başkənd aşırımındakı 1950 m yüksəklikdən götürüb Kürə tökülür. On dörd qolu olan Zəyəmçay Şahdağ (2901 m) silsiləsindən formalaşır. Üç qolu olan Cəhriçay da öz mənbəyini Şahdağ silsiləsindən - 1800 m yüksəklikdən götürür. Səkkiz qolu olan Şəınkirçaym mənbəyi Hinal- dağdaıı (3220 m) formalaşan Sarısu hesab edilir.
Landşaftarı və bioloji müxtəlifliyi. İqlimi, osasən, yayı quraq keçən mülayim isti, qışı quraq keçən soyuq və dağlıq tundra iqlimidir. İllik yağıntı 600 - 900 mm təşkil edir. Qonur dağ-meşə, çimli dağ-çəmən və s. torpaqlar yayılmışdır.
Orta dağlıqda kollu və seyrək meşəli çəmənliklər, eııliyarpaqlı meşələr yayılmışdır. Meşələrdə palıd (Quercus sp.), fıstıq (Fagus orien- talis), qafqaz vələsi (Carpinus cau- casica) ağacları üstünlük təşkil edir. Yüksək dağlıq ərazilərdə subalp və alp çəmənlikləri vardır.
Meşələr burada 2000 - 2400 m-ə qədər yüksəlir. Yüksək dağlıq meşələrinin tərkibi, əsasən, şərq palıdı (Quercus macranthera), şərq fıstığı (Fagus orientalis), tozağac (Betula pendula), trautvetter ağcaqayını (Acer trautvetteri), buasye quşarmudu (Sorbus boisseri), adi meşə gilasından (Padus racemosa) ibarət olur.
Ərazinin subalp bitkiləri 1800 - 2600 m yüksəklikləri əhatə edir. Burada qaragilə (Vaccinium myrtiUus), topaçiçək əsmə (Anemone fasciculata), şərq nəmgülü (Betonica orientalis), adaçayı (Salvia glutinosa), alışan lalə (Papaver fugax), kəpənəkçiçək (Aconitum nasutum), yeddi-dilimli acıçiçək (Gentiana septemfida), keçiqulağı (Verbascum sp.), iberiya ətirşahı (Geranium ibericum), sarımsaqyarpaq zəngçiçəyi (Campanula alliariifolia), meşə moruğu (Rubus idaeus), adi boğazotu (Prunella vulgaris) və s. bitkilərə rast gəlinir.
Alp yüksəkliyinin əsas bitkiləri taxıllar və cil fasiləsinə aiddir. Bu bitkilər burada alp xalıları yaradır. Alp xalılarının əsas tərkibini qafqaz zirəsi (Canon caucasicum), şaxduran (Alchemilla caucasica), qaya bağayarpağı (Plantago saxatilis), çəmən yoncası (Trifolium ambiguum), cil (Carex tristis), steven zəncirotu (Taraxacum stevenii), sibbaldia (Sibbaldia parvifolia), üçdişli zəngçiçəyi (Campanula trident ala), cinotu (Minuartia aizoides) təşkil edir.
Fauna. Qayakeçisi (bezoar keçisi) (Capra aegagrus), cüyür (Capreolus capreolus), qonur ayı (Ursus arctos), canavar (Canis lupus) və s. Quşlardan arıquşaoxşar bığlıca (Panurus biarmicus), qaraquş (Pandion haliaetus), ispan sərçəsi (Passer hispaniolensis), daşlıq sərçəsi (Petronia petronia), qafqaz tetrası (Lyrurus mlokosiewiczi), qafqaz uları (Tetraogallus caucasicus), və s. quşlara rast gəlinir.
Geoloji təbiət abidələri. Ərazinin ən gözəl geoloji təbiət abidələri mənzərəli landşaftlara malik olan Axıncaçay, Şəmkirçay, Zəyəmçay dərələridir. Digər mənzərəli ərazi Inəkboğançay boyunca uzanan Keçidərəsidir. Burada Haçaqaya dağının ətəyində, “Şır-şır” şəlaləsi vardır.
Arxeoloji abidələri. Xarxar kəndində Tunc Dövrünə aid müdafiə qalaçası. Slavyanka kəndində Tunc Dövrünə aid müdafiə qalaçaları. Maarif kəndində Tunc və Dəmir Dövrlərinə aid Şıx müdafiə qalaçası. Söyüdlü kəndi yaxınlığında Tunc Dövrünə aid Pirdağ qalası. Kiçik Qaramurad kəndində Dəlmə, Sarıdaş müdafiə qalaçaları. Rüstəm Əliyev qəsəbəsi yaxınlığında Paleolit Dövrünə aid Şirzağa düşərgəsi. Qalakənd kəndində Tunc və Dəmir Dövrlərinə aid Ağsu, Çapığın, Xına- lıtəpə müdafiə qalaçaları.
Tarixi-mədəni abidələri. Söyüdlü kəndində, Şəmkirçayın üstündə IX əsrə aid Qız qalası (“Namərdqala”). Qalakənd kəndində Koroğlu Qalası (XVI əsr). Səbətkeçməz kəndində akvedukformalı biryollu dəmiryol körpüsü (1878). Böyük Qaramurad kəndində məbəd (1634).