Daşkəsən rayonu print

Daşkəsən rayonu 1930-cu ildə yaradılmış, 1956-cı ilədək Dəstəfur rayonu adlanmışdır. Rayon 1963-cü ildə ləğv edilərək Xanlar rayonuna (indiki Göygöl) qatılmış, 1965-ci ildən yenidən müstəqil rayon statusu almışdır. Respublikanın mühüm mədən- filiz sənayesi mərkəzi olan Daşkəsən rayonunu “Azərbaycanın Uralı” adlandırırlar. Burada zəngin dəmir filizi, alunit və mərmər yataqları mövcuddur. Dəniz səviyyəsindən 1600 - 1800 m yüksəklikdə olan Daşkəsən dəmir və kobalt yatağı hələ 1867-ci ildən məlumdur. Burada daşkəsənit - amfibol qrupuna aid tünd göy rəngli xüsusi mineral yataqları mövcuddur.
Alunit filizi alüminium sənayesi üçün əsas xammaldır. Daşkəsən rayonundakı Zrylik alunit yatağı dünyada Çindəki yataqdan sonra II yerdə durur. Alunitin tərkibində alüminium xammalından başqa kalium və natrium duzları, kükürd və s. birləşmələr vardır.
Relyefi. Rayon ərazisi Kiçik Qafqazın şimal-şərqində, Murovdağ və Şahdağ silsilələrinin şimal yamaclarında yerləşir. Şimal ərazisində Qaf- laıı - Qala silsiləsi vardır. Başkənd-Dəstəfur çökəkliyinin bir hissəsi barada yerləşir. Ən hündür zirvələri Böyük Hinaldağ (3367 m) və Qoşqar dağıdır (3361 m). Səthi mənzərəli kanyoniarla kəsilmişdir.
Geoloji quruluşu. Yura və Tabaşir çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri. Çay şəbəkəsi sıxdır. Ərazi mineral bulaqlarla zəngindir (Çinarbulaq, Zağalı bulaq, Lüləli bulaq, Əsgorbulaq, Dur- nalıbulaq, Xoşbulaq, Kükürdlü- bulaq və s.). Əsas çayları Qoşqar, Şəmkir, Gəncə çaylarıdır. Qoş- qarçay öz mənbəyini Kiçik Qafqazın Murovdağ silsiləsinin Qoşqar dağının şimal yamacından (1605 m) götürür. Çayın on ədəd (Hamamçay, Xoşbulaq, Sarısu və s.) qolu vardır. Gəııcəçay Kiçik Qafqazın Murovdağ silsiləsinin şimal yamacından (2814 m) formalaşır. Çayın 9 qolu (Dəstəfur, Zin- cirli, Mədyun və s.) vardır. On dörd qolu olan Şəmkirçay Kiçik Qafqazın Şahdağ silsiləsinin şimal-şərq yamaclarından başlayır. Sarısu Hinaldağtn yamaclarından (3220 m) formalaşır.
Landşaftları və bioloji müxtəlifliyi. İqlimi orta dağlıq zonada qışı quraq keçən mülayim isti, yüksək dağlıqda soyuq və rütubətlidir. Əsasən, çimli dağ-çəmən, qonur dağ-meşə və qəhvəyi dağ - meşə torpaqları yayılmışdır.
Bitki örtüyü, əsasən, alp, subalp çəmənlərdən, cnliyarpaqlı dağ meşələrindən ibarətdir. Meşələrində, əsasən şərq fıstığı (Fagus orientalis), qafqaz vələsi (Carpinus caucasica), şərq palıdı (Quercus macranthera), cökə (Tilia sp.), tozağacı (Betula sp.), ağcaqayın (Acer sp.), söyüd (Salix sp.), göyrüş (Fraxinus sp.), yemişan (Crataegus sp.), qarağac (Ulmus sp.), meşə üzümü (Vitis silvestris), quşarmudu (Sorbus sp.), adi başınağacı (Viburnum lantana), alça (Prunus divaricata), əzgil (Mespilus germanica) və gərməşov (Euonymus europaea) kimi ağac və kollara rast gəlinir. Burada qaraçöhrə (Taxus baccata), ardıc (Juniperus sp.) kimi iynəyarpaqlı ağac və kollara da rast gəlinir. Çay sahillərində daryarpaq iydə (Elaeagnus angustifolium), söyüd (Salix sp.), qaratikan (Paliurus spina-christi), çaytikanı (Hippophae rhamnoides), itburnu (Rosa sp.) bitir.
Ərazinin subalp qurşağının əsas bitkiləri aşağıdakılardır: qafqaz skabiozası (Scabiosa caucasica), iriyarpaq mərcanotu (Betonica grandiflora), andız (Inula sp.), üçyarpaq yonca (Trifolium canescens), fişer göyçiçəyi (Centaurea fischeri), vələmir (Avena pubescens), ətirsünbül (Anthoxanthum odoratum), novruzgülü (Primula macrocalyx), bulaqotu (Veronica gentianoides), canavargiləsi (Daphne glomerata), cşşəkqaııqalı (Cirsium obvallatum).
Qoşqardağın şimal və şimal-qərb yamaclarında 2300 m yüksəklikdən başlayaraq alp bitkiləri yayılmışdır. Bu qurşağın əsas bitkiləri cil (Carex tristis), qafqaz zirəsi (Canon caucasicum), qafqaz şaxduranı (Alchemilla caucasica), novruzgülü (Primula algida), qaya bağayarpağı (Plantago saxatilis) və s. bitkilərdən ibarətdir.
Kiçik Qafqaz yüksək floristik endemizmə malikdir. Bütün Kiçik Qafqaz ərazisinin 200-ə yaxın endem bitkisinin 123-ü qafqaz endemi, 28-i isə Azərbaycan endemidir. Yüksək dağlıq ərazilərdə isə 154 endemdən 139-u Qafqaz, 15-i isə Azərbaycan endemidir. Kiçik Qafqazda rast gəlinən Azərbaycan endemləri bunlardır: şaxduran (Alchemilla amicta), pulcuqotu (Alyssum globosum), radde şaxduranı (Alchemilla raddeana), saxsağan gülxətmisi (Alcea sachsachanica), fcdçcııko kəklikotu (Thymus fedtschenkoi), ziyarət kəklikotu (T.ziaratinus), kəpəz kəklikotu (T.kjapazi), komarov birəotu (Pyretrum komarovii), sarılıqotu (Erysimum strictisiliquum), azərbaycan itburnu (Rosa azerbaidzhanica), bobrov yoncası (Trifolium bobrovii), donuzquyruğu (Peucedanum luxurious), kürd gözotu (Euphrasia kurdica), təkəsaqqal (Scorzonera pulchra), kəpəz dilqanadanı (Galium kjapazi).
Fauna. Qayakeçisi (bezoar) (Capra aegagrus), qonur ayı (Ursus aretos), canavar (Canis lupus), adi tülkü (Vulpes vulpes), boz dovşan (Lepus eoropaeus), cüyür (Capreolus capreolus), qaban (Sus scrofa), qayalıq kəkliyi (Alectoris chukar), xəzər uları (Tetraogallus caspicus), qafqaz tetrası (Lyrurus mlokosiewiczi), dam bayquşu (Athene noctua) vardır.

Geoloji təbiəit abidələri. Muşavaq kəndində “Çaxmaq zağası”, “Böyük zağa” və “Maral zağası” mağaraları. Çanaqçı kəndində mağara (“Zağa”). Əmirvar kəndində “Qarainək zağası” mağarası. Muşavaq kəndində “Şır-şır” şəlaləsi. Dəstəfur kəndində şəlalə. Alaxançallı kəndində şəlalə.
Rayonun maraqlı landşafta malik ckoturizm əraziləri: Zivlən kəndi. Göy-göl yaylağı, Comadaşı yaylağı, Uzungüney yaylağı, Qoca dərəsi yaylağı, Alaxançallı kəndi, Zincirli yaylağı, Turşsu seyrəngahı, Dəli Alının yurdu yaylağı, Qoşqarçay yaylağı, Xoşbulaq yaylağı, Qabaqtəpə və Astaf kəndləri ətrafı.
Paleontoloji təbiət abidələri. «Qoşqarçay» palebotaniki təbiət abidəsi» - “Qoşqarçay” Daşkəsən Orta Yura bitkiləri (150 milyon il əvvəl) yarpaqlarının daşlaşmış qalıqları. Azərbaycan ərazisindəki Yura bitkiləri haqqında ilk informasiya 1873-cü ildən, məşhur geoloq Vilhelm German Abixin tədqiqatlarından məlumdur. Ondan 55 il sonra, 1928-ci ildə K.N. Paffenholts tərəfindən Daşkəsən rayonu ərazisində Yura Dövrü bitkilərinin daşlaşmış qalıqları tapılmışdır. Yura Dövrü florasının zəngin kolleksiyası isə 1959-cu ildə R.Fətəliyev tərəfindən Gəncə-Daşkəsən magistralının 33 kilometrliyində, Qoşqarçayın sol sahilində, Yura yaşlı tuf-qum qatında tapılmışdır. Aşağıda Azərbaycanın Yura bitkilərinin ümumi siyahısı verilmişdir: Filisinae (Marattiopsis munsteri, Cladophipsii), Caytoniales (Sagenopteris phillipsii, Sagenopteris sp.), Bennettitalcs (Otozamites sp., Ptilophyllum acutifolium, P cutchense, P. cutchense var. minimum. P. pectin, Zamites sp.), Cycadales (Cycadites sp., C.comptus), Nilssonia mediana, Nillsonia sp., Nillsonia sp.. Cycadophyta incertae sedis (Taeniopteris sp.), Ginkgoales (Ginkgo sp.), Coniferales (Cupressinoxylon bajanense).
Təbiət abidəsi Daşkəsən rayonu ərazisində, Qoşqarçayın sol sahilində, Kiçik Qafqazın şimal hissəsində yerləşir. Bu paleontoloji abidə Azərbaycan Respublikasının ən qədim paleofloristik abidəsi olduğundan ona mühafizə işarəsinin qoyulması, daha qiymətli açılışların çəpərlənməsi və bu ərazidə yol- inşaat işlərinin qadağan edilməsi zəruridir. Daşkəsən Orta Yura paleofloristik abidəsi keçmiş SSRİ ərazisində tapılmış 4 Yura Bitkiləri Ərazilərindən biridir.
“Qatar florası”. Qatar dağının ərazisində, Qoşqarçayın sol sahillərində Yuxarı Sarmat (7-8 milyon il əvvəl) paleoflorası.
Arxeoloji abidələri. Xoşbulaq kəndi yaxınlığında Tunc və Dəmir Dövrlərinə aid kurqanlar. Daşlıtəpə müdafiə qalaçası. Çovdar kəndi yaxınlığında son Tunc-erkən Dəmir Dövrünə aid arxeoloji Çovdar Abidələri. Daş qutu qəbirlər, kurqanlardan ibarətdir. Daş qutu qəbirlərin eni 0.7-2.35 m, uzunluğu 1.5-3.7 m-dir. Ölülər dizdən bükülü, əlləri sinəsində və ya sifətinə doğru uzadılmış vəziyyətdə, böyrü üstə dəfn edilmişlər.
Tarixi-mədəni abidələri. Çovdar kəndində kilsə (1869) və qala (1891). Rayon ərazisində Bayan kəndindəki Çiçarvəng alban məbədi (XV əsr), Qoşqar çayı üzərində körpü (XV əsr).