Tovuz rayonu print

Tovuz rayonu 1930-cu ildə təşkil olunmuşdur. 1963- cü ildə ləğv edilərək ərazisi Qazax rayonuna verilmiş, 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur. Tovuz şəhəri eyniadlı çayın sahilində, Gəncə-Qazax düzənliyində yerləşir.
Relyefi. Rayonun cənub hissəsini Kiçik Qafqaz dağları, mərkəzini Gəncə-Qazax düzənliyi tutur. Kür çayının sol sahilində yerləşən ərazilər Ceyrançölə daxildir.
Tovuz rayonunun ərazisi relyef quruluşuna görə 3 əsas hissəyə bölunur:
• Ceyrançölün mərkəz hissəsi (Kür çayından şimalda yerləşən sol sahil ərazisi);
• Xunam və ya Xinnə düzü və dərəsi (Kür çayı ilə Kiçik Qafqaz dağlarının şimal ətəkləri arası);
• Kiçik Qafqazın şimal ətəkləri.
Rayonun şimal-qərb (Tovuzçay- dan qərbdə) dağlıq hissəsi alçaq-dağlıqdan ibarət olmaqla, hündürlüyü 1000-1100 m-ə çatan, əsasən, yastı yamaclı Ağdağ və Öküzdağ tirələrindən ibarətdir. Rayonun cənub hissəsində ən yüksək zirvəsi Eldağ (1533 m) olan Çınqıldağ silsiləsi yerləşir.
Geoloji quruluşu. Alt Paleozoy, Yııra, Tabaşir, Neogen, Antropogen çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri. Əsas çayları Tovuz, Axınca, Zəyəm, Əsrik və Kür çaylarıdır. Tovuzçay Kiçik Qafqazın Murğuz silsiləsindən (1973 m) başlayır. Tovuzçay tranzit çay olub yalnız aşağı axarı (11 km) Azərbaycan ərazisinə düşür. Axıncaçayın mənbəyi Kiçik Qafqazın Keçəldağ silsiləsinin Başkənd aşırımı yanında (1950 m) yerləşir. Bu çay da tranzit çay olub yalnız aşağı axarı (31 km) Azərbaycan ərazisinə düşür.
Suayrıcı xəttin ən yüksək zirvəsi Murğuz (2993 m) dağıdır. Əsrikçay Kiçik Qafqazın Şahdağ silsiləsindən gələn 2 adsız kiçik çayın qovuşmasından formalaşır. Hövzənin orta yüksəkliyi 1100 m-dir. Gursulu çaylara aid olan Zəyəmçay Kiçik Qafqazın Şahdağ silsiləsinin şimal yamacından (2680 m) Şəkərbəyçay ilə Çətindərə çaylarının qovuşması nəticəsində formalaşır. On dörd qolu olan Zəyəmçayın orta yüksəkliyi 1894 m-dir. Çay dərələri dik və təknovari olub özünəməxsus gözəlliyə malikdir.

Landşaftları və bioloji müxtəlifliyi. İqlimi şimal ərazilərdə mülayim - isti, yarımsəhra və quru-çöl tiplidir. Cənub ərazilərin iqlimi nisbətən mülayimdir.
Torpaqları, əsasən, şabalıdı, açıq- şabalıdı, qəhvəyi dağ-meşə, dağ tünd- şabalıdı, qonur dağ-meşə, dağ qaratorpaqlarından ibarətdir.
Bitki örtüyü şimal və mərkəz hissələrdə, əsasən, bozqır və yarımsəhra tiplidir. Rayonun şimal hissəsini tutan Ceyrançöl ərazisində yarımsəhra bitkiləri geniş yayılmışdır. Ceyrançöl yovşanlıqlarında rast gəlinən 4 növ Azərbaycan endemləridir. Bunlar qınlı xaşa (Onobrychis vaginalis), məsməsi (Torularia contortuplicata), Eyxler tülpanı (Tulipa eichleri), karyagin yemliyi (Tragopogon karjaginii) növləridir. Burada, həmçinin 13 Qafqaz endemi vardır. Bunlar akutium (Acutium transcaucasium), quzu güləvəri (Centaurea ovina), təkəsaqqal (Scorzonera lantana), biberşteyn təkəsaqqalı (Scorzonera biebersteinii), kökyumrulu yemlik (Tragopogon tuberosus), qılıncvari gəvən (Astragalus xiphidium), yumşaq gəvən (Astragalus mollis), kür xaşası (Onobrychis cyri), şərq başlıqotu (Scutellaria orientalis), vilhelms yabanı sünbülçiçəyi (Bellevalia wil- helmsii), hohenaker südotu (Polygala hohenackeriana), sapvari bağayarpağı (Plantago fılformis).
Meşələrində alma (Malus sp.), armud (Pyrus sp.), alça (Primus sp.), zoğal (Cornus mas), əzgil (Mespilus germanica), itburnu (Rosa sp.), yemişan (Crataegus sp.) kimi ağac və kollara rast gəlinir. Dağ meşələrində şərq fıstığı (Fagus orientalis), qaf- qaz vələsi (Carpinus caucasica), şərq vələsi və ya dəmirqara (C. orientalis), iberiya palıdı (O. iberica), ağcaqayın növləri (Acersp.), adi göy- rüş (Fraxinus excelsior) yayılmışdır. Zəyəm və Əsrik çayları hövzələrində, dəniz səviyyəsindən 1300 - 1600 m yüksəkliklərdə kiçik sahələrdə qaf- qaz şamı (Pinus sosnovskyi) meşələri vardır.
Kür boyunca tuqay meşələri mövcuddur. Burada söyüd (Salix sp.), yulğun (Tamarix sp.), böyürtkan (Rubus sp.), çaytikanı (Hippophae sp.), zirinc (Berberis sp.) kollarına rast gəlinir. Ağaclardan uzunsaplaq palıd (Quercus longipes), saqqızağac (Pistacia mutica), ağyarpaq qovaq (Populus hybrida) və qara qovaq (P.nigra), ağ tut (Morus alba) bitir. Meşələrdə ağəsmə (Clematis vitalba), hüyəmə (Periploca graeca), mərəvcə (Smilax excelsa), meşəüzümü (Vitis silvestris) kimi sarmaşan bitkilər vardır. Böyürtkan (Rubus sp.), adi birgöz (Ligystrum vulgare), yulğun (Tamarix sp.), adi nar (Punica granatum) keçilməz meşəaltı yaradır. Ot örtüyü sıxdır. Bunlar, əsasən, topal (Festuca sp.). ətirşah (Geranium sp.), dalamaz (Lamium album), gicitkan (Urtica dioica), dilqanadan (Galium aparine), yabanı kök (Daucus carota) növlərindən ibarətdir.
Fauna. Canavar (Canis lupus), çaqqal (Canis aureus), adi tülkü (Vulpes vulpes), qaban (Sus scrofa), boz dovşan (Lepus europaeus), daşlıq dələsi (Martes foina), cüyür (Capreolus capreolus), iran qum siçanı (Meriones persicus), bəzgək (Tetrax tetrax), dovdaq (Otis tarda), kəklik (Perdix perdix), turac (Francolinus francolinus) vardır.
Balıqlardan, əsasən, çəki (Cyprinus carpio carpio), naxa (Silurus glanis), qalmalın (Hypophthalmichthys molitrix), dumabalıq (Esox lucius), mursa (Luciobarbus mursa) və s. növlərə rast gəlinir. Əvvəllər burada xəzər minoqasina da (Caspiomyzon wagneri) rast gəlinirdi.
Tarixi. Müasir Tovuz ərazisi Antik Dövrlərdə Qafqaz Albaniyası (Kambisena) ərazisinə daxil idi. I Şah İsmayıl Səfəvinin (1501-1524) dövründə Tovuz və ona bitişik ərazilər qızılbaş zülqədər tayfasının qolu olan şəmşəddil tayfasının irsi mülkiyyətində Qarabağ bəylərbəyliyinə tabe olmuşdur. Şəmşəddil mahalı (sonralar sultanlıq) Zəyəmdən qərbə - Qazağa qədər torpaqları əhatə edirdi. Səlim xanın dövründə (XVIII əsr) Qazax-Şəmşəddil sultanlığı Axalsixiyə qədər uzanırdı.
1819-cu ildə sultanlıq ləğv olunaraq Qazax və Şəmşəddil kimi müstəqil məntəqələrə bölündü. 1883- cü ildə Bakı-Tiflis dəmiryolunun çəkilməsi Tovuzun iqtisadi inkişafında əhəmiyyətli rol oynadı.
Geoloji təbiət abidələri. Əsrik çayda Ağbulaq kəndi yaxınlığında hündürlüyü 25 m-ə çatan şəlalə. Çatax kəndi yaxınlığında narzan bulağı. Tovuz rayonunun ərazisində 64 tarixi-mədəni, arxeoloji abidə, o cümlədən 18 ölkə (2 memarlıq, 16 arxeoloji), 46 yerli (32 memarlıq, 11 arxeoloji, 1 monumental xatirə abidəsi, 2 dekorativ - tətbiqi sənət nümunəsi) abidə mühafizə edilir.
Arxeoloji abidələri. Aşağı Öysüzlü və Aşağı Ayıblı kəndləri yaxınlığında hündürlüyü 5-6 m-ə çatan kurqanlar. Tovuz şəhərindən 2 km cənub şərqdə Tunc Dövrünə aid kurqanlar. Tovuz şəhərindən qərbdə Şıq paleolit düşərgəsi. Bayramlı kəndi yaxınlığında Son Tunc dövrünə aid yaşayış yeri, küp qəbirlər nekropolu (m.ə. II minillik - m.ə. II əsr). Dönük Qırıxlı kəndindən şərqdə Eııeolit Dövrünə aid Göytəpə, Məntəctəpə yaşayış yerləri. Düz Qırıxlı kəndi yaxınlığında Tunc Dövrünə aid kurqanlar. Mülkülü kəndi yaxınlığında Antik Dövr və Orta Əsrlərə aid qədim Xunan şəhərinin xarabalıqları.
Tarixi-mədəni abidələri. Tovuz şəhəri yaxınlığında Kür çayı sahilində Torpaqqala yaşayış yeri (III-VII əsrlər). Çinarlı kəndi yaxınlığında nekropol (VI əsr). Kirzan kəndində məbəd (XII əsr). Yanıqlı kəndində XVII əsrə aid məscid, 3 ədəd türbə. Zəyəm çayı üzərində körpü. Əlibəyli kəndi yaxınlığında Koroğlu qalası (XVI əsr). Düz Qırıqlı kəndində Alı Dədəd türbəsi (XIX əsr). Bayramlı kəndi yaxınlığında türbə kompleksi, məscid və körpü (XVII əsr). Düz Cırdaxan kəndi yaxınlığında Əvəztəpə qalası, nekropol (XVI-XVIII əsrlər), kəhriz (XIX əsr). Bozalqanlı kəndində Kərbəlayi Əsəsdin yaşayış yeri (XVIII əsr). Yuxarı Öysüzlü kəndi yaxınlığında “Koroğlu evi” qalası, türbə və məscid (Orta Əsrlər).