Qazax rayonu print

Qazax rayonu 1930-cu ildə təşkil edilmişdir. 1959-cu ildə ləğv edilmiş Ağstafa rayonunun ərazisi də buraya qatılmışdır. 1963-1964-cü illərdə Tovuz rayonu Qazax rayonunun tərkibində olmuşdur.
Relyefi. Səthi, əsasən, düzənlikdir (Gəncə-Qazax düzənliyi). Ərazinin şimal hissəsi Kür çayı ilə hüdud- laııır. Rayonun cənub və cənub-qərb hissəsi alçaq dağlıqdır (Kiçik Qafqazın Voskepar, Papakar və s. silsilələrinin qurtaracağı). Bu hissədə hündürlük 1300 m-ə (Odundağ) çatır.
Geoloji quruluşu. Rayon ərazisində Tabaşir, Paleogcn, Ncogen, Antropogen çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri. Rayonun şimal hissəsindən Kür çayı keçir. Coğaz, İncə, Ağstafa və Həsənsu çaylarının aşağı və qismən orta axınları, həmçinin Xramçaym mənsəb hissəsi Qazax ərazisindədir. Çayları müvəqqəti axarlıdır. Ağstafaçay üzərində su anbarı vardır. İncəçay Kiçik Qafqazda Murovdağın (3343 m) şimal-şərq yamacından (2580 m) çıxan bulaqdan başlayır. Çay Kürə çatmır. Həsənsu tranzit çay olub Kiçik Qafqazın Murquz silsiləsindən (2660 m) başlayır. Ağstafaçay Kiçik Qafqazın Pambak silsiləsindən (3000 m) başlayır. Ərazinin adı buradakı Qazax sultanlığının dominant tayfası olan türk mənşəli qazax tayfasının adından götürülmüşdür. Qədim mənbələrdə Qazax tayfaları «kasoq» adlandırılan qədim xəzər tayfalarından olduğu bildirilir. Qazax-Şəmşəddil sultanlığı xırda feodal torpaq sahibliyi olub Qarabağ (Gəncə) Bəylərbəyliyiııin tərkibində olmuşdur. Qazax sultanlığının hakimləri sultan titulu daşıyır və irsi hakimiyyətə malik idilər. Zəyəm Mahalı və ondan qərbdəki ərazi hələ Şah İsmayıl Xətayi dövründən şəmşəddil tayfasının (zülqədər türk tayfasının bir qolu) irsi vilayəti hesab olunurdu. Sonralar Şəmşəddil Mahalı adlanan bu ərazidə Şəmşəddil sultanlığı yarandı (təxminən indiki Borçalı, Tovuz, Ağstafa, Gədəbəy, Şəmkir rayonları əraziləri). 1819-cu ildə hər iki sultanlığın ərazisi ləğv edilərək Qazax və Şəmşəddil məntəqələrinə (distansiyalarına) bölündü.
Landşaftları və bioloji müxtəlifliyi. İqlimi düzənlik hissədə miilayim-isti və quraq subtropikdir. Dağlıq yerlərdə yüksəklik artdıqca iqlim nisbətən mülayimləşir. Qış quraq keçir.
Əsasən, dağ-şabalıdı, dağ-boz- qəhvəyi, şabalıdı, açıq-şabalıdı və qismən karbonatlı-qəhvəyi dağ-meşə torpaqları yayılmışdır.
Yovşanlı-şorangəli yarımsəhra və bozqır bitkiləri, rayonun Kiçik Qafqaza aid olan hissəsində dağ meşələri, Kür çayı sahilində kiçik sahələrdə tuqay meşələrinin fraqmentlərinə rast gəlinir.
Flora. Meşələrin dendroflorası ağyarpaq qovaq (Popylus hybrida), sosnovski qovağı (P.sosnowskyi), qanadmeyvə yalanqoz (Pterocarya pterocarpa), söyüd (Salix sp.), ağ tut (Morus alba), iydə (Elaeagnus sp.), qarağac (Ulmus sp.), palıd (Quercus sp.), ardıc (Juniperus sp.), yemişan (Crataegus sp.) ağaclarından ibarətdir. Kollardan dəvədabanı (Atraphaxis sp.), yulğun (Tamarix sp.), adi zirinc (Berberis vulgaris), qaratikan (Paliurus spina-christi), itburnu (Rosa sp.), böyürtkan (Rubus sp.), meşə üzümü (Vitis silvestris), adi daşsarmaşığı (Hedera helix) və s. növlərə rast gəlinir.
Ot örtüyü, əsasən, topal (Festuca sp.), ətirşah (Geranium sp.), ağ dalamaz (Lamium album), gicitkan (Urtica dioica), dilqanadan (Galium aparine), yabanı kök (Daucus carota) növlərindən təşkil olunmuşdur.
Fauna. Qonur ayı (Ursus arctos), canavar (Canis lupus), adi tülkü (Vulpes vulpes), qaban (Sus crofa), boz dovşan (Lepus eııropaeus), (Apodermus sylvaticus) və s. Quşları: qızılı qızlarquşu (Merops apiaster), xırda qarabatdaq (Phalacrocorax pygmeus), büldürük (Syrrhaptes paradoxus), qırqovul (Phasianus colchicus), turac (Francolinus francolinus), kəklik (Alectoris chukar), göyərçin (Columba livia), murad quşu (Sturnus roseus), adi alacöhrə (Lanius collurio), almabaş qaraördək (Aythya nyroca), kiçik ağ-vağ (Egretta garzetta), bozqır muymulu qızılquşu (Falсо naumanni) və s.

Tanınmış tarixçi alimlər (akademik Minorski V., akademik Bünyadov Z.) Qazax yaşayış məskəninin əsasının VIII əsrdə Mərvənd ibn Məhəmməd tərəfindən qoyulduğunu qeyd edirlər. Bu ərazi o zamanlar Kasil adlanırdı. Qazax oykonimi qıpçaq mənşəli tayfa adını daşımışdır. Azərbaycan tarixçisi M.Baharlı Qazağın xəzər tayfaları (kosaq) ilə bağlı olduğunu yazır.
Arxeoloji abidələr. Qazax şəhəri yaxınlığında Ağstafaçayın sol sahilində 3 mədəni təbəqədən ibarət Babadərviş qədim yaşayış yeri. Alt təbəqə m.ə. V minilliyə aiddir. Buradan dairəvi yarımqazma evlər, gil qablar, dən daşları və s. aşkar edilmişdir. Orta təbəqə m.ə. III minilliyə aiddir. Buradan çiy kərpicdən tikilmiş dairəvi evlər, cilalı qara və qırmızı gil qablar, heyvan fiqurları, metaləritmə ocaqları və s. aşkar edilmişdir. Üst təbəqə m.ə. II minilliyə aiddir. Buradan dördkünc evlər, gil möhürlər, tuncdan ox ucluqlan, öküz heykəlləri, dəmir məmulatları aşkar edilmişdir.
İki mədəni təbəqədən ibarət Sarıtəpə (Qazax şəhərinin cənubu) arxeoloji abidəsi. Alt təbəqə m.ə. II minilliyin sonu -1 minilliyin əvvəllərinə aiddir. Buradan gil qablar, yaşayış və təsərrüfat binaları, ibadətgah qalıqları, təsərrüfat quyuları, 2 m hündürlüyündə küplər, dən daşı, tunc ox ucluğu, bilərzik, gildən donuz və qoyun fiqurları, kömürləşmiş üzüm gilələri və taxıl qalıqları aşkar edilmişdir. Əhali maldarlıq, əkinçilik, üzümçülük və şərabçılıqla məşğul olmuşdur. M.ə. VII-V əsrlərdə bu ərazidən nekropol kimi istifadə edilmişdir. Buradan skif tipli tunc və dəmir ox ucları tapılmışdır. M.ə. V-IV əsrlərə aid ikinci təbəqədən çiy kərpicdən hörülmüş, əhənglə ağardılmış Perscpol saraylarına bənzər möhtəşəm dördbucaqlı bina qalıqları aşkar edilmişdir.
Tarixi abidələr. Yuxarı Əskipara kəndində qala (V-VIII əsrlər), Şəkərqala məbədi kompleksi (X əsr), bürc (XVII əsr), Qatır Körpüsü, Qızılhacılı körpüsü, Kazım Körpüsü, Yeraltı yol (XIV əsr). Dağ Kəsəmənli kəndində məscid (1899). Yuxarı Əskipara kəndində V-VIII əsrlərə aid məbəd, Şəkərqala məbədi (XV əsr), bürc (XVII əsr), Qatır Körpüsü, Qızılhacılı körpüsü. Xramçay üzərində XII əsrə aid Sınıq-körpü (Qırmızı körpü). Qıraq Kəsəmən kəndində dairəvi bürc (XVII əsr). Qazax şəhərində məscid (XIX əsr), hamam və türbə (XIX əsr). Poylu kəndində türbələr kompleksi (XIX əsr). Birinci Şıxlı kəndində 3 türbə (XIX əsr). Salahlı kəndində məbədlər kompleksi (XIX əsr).
Geoloji təbiət abidələri. Ərazinin əsas geoloji təbiət abidələri Göyəzən Dağı. Avey mağarası, Damcılı Bulağıdır.
Çempion ağacları. Yuxarı Salahlı kəndinin kənarında Aveydağın ətəyindəki “Qarabulaq” ərazisində iki ədəd 400 yaşlı əzəmətli şərq çinarı