Cins: Minuartia - Cinotu print

Avroasiya və Amerikada geniş yayılmış 80-ə yaxın növü vardır. Azərbaycanın əksər rayonlarında yayılan 17 növü məlumdur. Cinsin növləri arandan alp qurşağınadək müxtəlif bitmə şəraitində, gilli, çınqıllı, daşlı yerlərdə, çaybasar ərazilərdə, alaq bitkisi kimi dincə qoyulmuş sahələrdə, dənizsahili qumluqlarda, yüksək dağ çəmənliklərində yayılmışdır. Birillik və çoxillik otlardır. Növlərin təyinində ən çox kasa yarpağının, ləçəyin morfoloji əlamətləri və ölçülərindən istifadə olunur.