Cins: Petrorhagia - Petroragia print

Avroasiya və Qafqazda 10-15 növü yayılmışdır. Azərbaycanda 3 növə rast gəlinir. Onlara respublikanın əksər rayonlarında orta dağ qurşağınadək daşlı-çınqıllı yerlərdə, qumluqlarda təsadüf olunur. Bir və çoxillik, alçaq boylu ot bitkiləridir. Yarpaqları xətvari, xırda çiçəkləri dixazilərdə yerləşir. Bəzən dekorativ bitki kimi yaşıllaşdırmada istifadə olunur.