Kəlbəcər-Laçın iqtisadi - coğrafi bölgəsi print

Bu iqtisadi-coğrafi bölgəsi ölkəmizin cənub-qərb hissəsində olub tərkibinə Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər əraziləri daxildir. Sahəsi 4.6 min km2 olub, iki şəhər (Kəlbəcər, Laçın) və iki şəhər tipli qəsəbədən (Qubadlı, İstisu) ibarətdir.
Relyefi, əsasən, dağlıqdır. Ərazisi şimal-qərbdə Şərqi Göyçə, şimalda Murovdağ, şərqdə Qarabağ silsilələri ilə qurşanır. Rayonun qərb hissəsini Qarabağ yaylası tutur. Mərkəzi hissədə Mıxtökən silsiləsi uzanır, Cənub-şərq hissəsi Araz çayı dərəsinə tərəf alçalaraq maili düzənliklərə keçir. Ən yüksək zirvələri: Gamış (3724 m), Dəlidağ (3616 m), Qızılboğaz (3562 m), Böyük İşıqlıdır (3552 m). Əsasən Təbaşir, Paleogen, Neogen və Antropogen çöküntüləri yayılmışdır. İqlimi düzənliklərdə və alçaq sahələrdə qışı quraq keçən mülayim isti, yüksək dağlıqda soyuqdur. Əsas çayları Bazarçay (Bərgüşad), Həkəri və onun qollarıdır. Gölləri Ala göllər, Qaragöl və s.
Torpaq örtüyü. Çimli dağ çəmən, qəhvəyi və qonur dağ-meşə və s. torpaqlar yayılmışdır.
Bitki örtüyü. Əsas bitki örtüyü subalp və alp çəmənliklərindən ibarətdir. Meşələr (ümumi sahəsi 74.7 min ha olmuşdur) Murovdağ silsiləsinin cənubunu, Qarabağ silsiləsinin qərb yamaclarında yayılmışdır. Böyük kurort-rekreasiya potensialına malikdir. Mineral sərvətləri zəngindir. Bu iqtisadi coğrafi rayo nun ümumi sahəsi 3771 km2 olub ərazinin 21,9% meşə və kolluqdaı ibarətdir. Burada mürəkkəb iqlin və torpaq şəraiti mövcud olmaqla soyuğadavamlı tozağac və istisevən ardıc-saqqız ağacları meşələrinə təsadüf olunur. Meşələrdə fıstıq, vələs palıd, ağcaqayın, tozağacı bitkiləri ilə yanaşı cır badam, ardıc, qaracöhrə ayıfındığı və s. kimi nadir bitkilər də yayılmışdır. Kəlbəcər-Laçın iqtisadi-coğrafi bölgəsi erməni işğalı altında olduğundan oradakı nadir bitkilərin və abidə ağacların müasir vəziyyəti bizə məlum deyildir.